QƏZZAFİ QADINLARI ZORLAMAQ ƏMRİNİ ŞƏXSƏN VERİB“

AZOH: Beynəlxalq Kriminal Məhkəmənin baş prokuroru Luis Moreno-Ocampo Nyu-Yorkda bəyan edib ki, müstəntiqlərin əldə etdiyi sübutlara görə, Liviya inqilabı zamanı Müəmmər Qəzzafinin əmri ilə qadınlar kütləvi şəkildə zorlanıb,bu məqsədlə konteynerlərlə “Viagra-type” alınıb və əsgərlərə paylanılıb.

“İndi bizdə informasiyalar var ki, Liviya lideri qadınları şəxsən zorlamağa qərar verib və bu, bizim üçün gözlənilməz oldu”.

Baş ittihamçı deyib: “Əvvələr Liviyada siyasi rəqiblərə qarşı zorlamadan istifadə olunmayıb. Qadıların zorlanması siyasi represiyanın yeni növü kimi ortaya çıxıb”.

O bildirib ki, bu məsələ ilə bağlı M.Qəzzafinin oğlu Zəif-əl İslam və Liviyanın Milli Təhlükəsizdik naziri Abdullah əl-Sanussi də ittiham olunanlar arasındadırlar.

Xatırladaq ki, mart ayinda əcgərlər tərəfindən qrup halında zorlanmış İman əl-Obeydi adlı qadın Tripolidə jurnalistlərin toparlandığı mehmanxanaya qəfil daxil olaraq, başına gələnləri bütün dünyaya düyurmuşdu. O vaxtdan bu məsələ dünyanın diqqətindədir.

VOA

Share/Save/Bookmark