SURİYA QAN İÇİNDƏ
AZOH: Həftələrdir hökumət əleyhinə aksiyaların davam etdiyi Suriyada dünən cümə namazından sonra ən qanlı toqquşmalardan biri baş verib.
Dera, Humus, Lazkiyə və paytaxt Dəməşqdə keçirilən aksiyalara polis atəş açıb, nəticədə 62 nəfər ölüb.
Aksiyaların mərkəzi sayılan Dera şəhərində son 4 gündə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölənlərin sayı 83-ə çatıb. Şahidlər tank mühasirəsində saxlanan şəhərə bu gün yeni hərbi qüvvələrin gətirildiyini bildiriblər.
Beynəlxalq İnsan haqları təşkilatları isə ölkədə 6 həftədir davam edən toqquşmalarda 500 nəfərin öldüyünü bildiriblər.
Vaşinqton Bəşər Əsadın iki qohumu da daxil olmaqla Suriya rejiminin bəzi təmsilçilərinə iqtisadi sanksiyalar tətbiq etdikdən sonra da çağırışlarını davam etidirb. Ağ Ev Əsadı yürütdüyü siyasəti dərhal dəyişməyə çağırıb.
Avropa Birliyi Suriyaya silah embarqosu tətbiq etmək qərarına gəlib. BMT İnsan Haqları Şurası isə dinc akisyaçılara qarşı güc tətbiqinin BMT-də araşdırılması haqda qərar qəbul edib.
TRT