Mütləqsizlik
Yolruh Atalı
(İçsəs)
Mütləq Mənəviyyata inanmadığı üçün Mənəviyyatsızlığı adi sayır.
Mütləq Ədalətə inanmadığı üçün Ədalətsizlik edir.
Mütləq Həqiqətə inanmadığı üçün yalan danışır.
Mütləq Ləyaqətə inanmadığı üçün ləyaqətsiz yaşayır.
Mütləq Sədaqətə inanmadığı üçün dönük olur.
Mütləq Saflığa inanmadığı üçün çirkinliyə sığınır.
***
Mənəviyyatsızlıq edir, “mənəviyyatsız” sayılmaq istəmir.
Ona görə ki, mənəviyyatsız sevilmir, damğalanır.
***
Əxlaqsızlıq edir, “əxlaqsız” sayılmaq istəmir.
Ona görə ki, əxlaqsız sevilmir, damğalanır.
***
Ləyaqətsizlik edir, “ləyaqətsiz” sayılmaq istəmir.
Ona görə ki, ləyaqətsiz sevilmir, damğalanır.
***
İnamsızlıq – Mütləqsizlikdir.
Mütləqsizlik – Yoxluqdur.
***
Özündən ayrılmamaq – Özü olmaq, Mahiyyətlə, Həqiqətlə bir olmaq!
***
Düşünməmək – düşüncənin verdiyi ruhani fərəhdən məhrum olmaq, Həqiqətdən ayrılmaq.
Düşünmək – heyvandan seçilmək!
***
İnsanın heç bir bioloji yarımçıqlığı, yaramazlığı, qəbahəti yoxdur. Biologiya vasitəsilə üzə çıxan, ruhsuzluqdan yaranan qəbahətləri var.
***
İnsanın biologiyası təbiətdən gəlir. Təbiətdə “qəbahət” anlayışı yoxdur.
***
İnsan ruhani varlıqdır. Bu baxımdan, onun bütün yaramazlıqları, qəbahətləri, nöqsanları ruhsuzluqla bağlıdır.
***
Atamız var olsun!
12 İşıq ayı 33-cü il.
(12.05.2011)