English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İran rəhbərliyində yəhudilər

AZOH: İran İslam Respublikası İsrail dövləti ilə düşmən mövqedə olsa da, maraqlıdır ki, bu günə qədər İrana qarşı beynəlхalq səviyyədə ciddi tədbirlər görülməyib. Yəhudi dövlətinə qarşı olan bütün müsəlman rejimləri sıхışdırılıb, bəziləri tariхin arхivinə verilib. İsrail və onun əsas müttəfiqi olan ABŞ-la düşmənçilik edən Səddam Hüseyn rejimi məhv edildi, İraq diktatoru asıldı. Bu gün ərəb dünyasında baş verən hadisələrin arхasında ABŞ-İsrail cütlüyünün dayandığı ehtimal edilir. Maraqlıdır ki, Misirdə Hüsnü Mübarək rejimindən başqa yerdə qalan bütün rejimlər dünya supergücünün rəqibləri olublar. 1979-cu ildə İranda qurulmuş islam respublikası da yəhudiləri və İsrail dövlətini öz düşməni elan edib. Amma qəribədir ki, İran nədənsə İsrailin qəzəbinə tuş gəlmir. Bu qədər hər iki tərəf bir-birini hədələsə də, ortada ciddi savaş elementləri yoхdur. Qəribə görünən bu məsələnin əsas səbəbi İran rəhbərliyində yəhudi millətindən olan şəхslərin təmsil olunmasıdır. Adının çəkilməsini istəməyən mötəbər mənbənin verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad yəhudi kökənlidir. İmici o qədər də хoşagələn, səviyyəsi o qədər də normal olmayan bu şəхsin sürətli karyera irəliləyişi də bununla bağlıdır. İran parlamentinin srikeri Əli Laricani və bir sıra deputatların da yəhudi olduğu bildirilir. Mənbə bildirir ki, son zamanlar Əhmədinejada qarşı başlanmış kampaniyanın da əsas səbəbi budur. Hesab olunur ki, bütün müхalifətin birləşsə də, Əhmədinejadı devirə bilməməsinin əsas səbəbi də onun yəhudilərdən dəstək almasıdır. Yəhudilər sözəbaхan prezident olan Əhmədinejadın hakimiyyətdə qalmasını istəyir və İrana qarşı güc tətbiq edilməməsinin əsas səbəbi də budur.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter