English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Molla rejimi daxilində savaş güclənir

AZOH: İran rejimi daxlində yaranmış çat getdikcə böyüyür. İran prezidentinin təhlükəszilik nazirini istefaya göndərməsi, ardınca dini liderin bu qərara veto qoyaraq naziri görəvində saxlaması ilə başlanmış «soyuq savaş» daha da dərinləşir. Ötən həftə dini liderin bu savaşda bir sıra uğurları ilə yadda qaldı. Prezident Əhmədinejad iki həftə iə çıxmadı, dini lider prezident aparatının bir sıra önəmli fiqurlarını işdən çıxardı. İki həftəlik taym-autdan işə qayıtmış prezident daha bir sürprizlə üzləşdi. Bu dəfə onu dolayısı ilə qiyama cəhddə suçlandırdılar. Dini liderə tabe olan qüvvələr ölkədə dövlət çevrilişinin qarşısının alındığına dair bəyanatla çıxış etdilər və ardınca həbslər dalğası başlandı. 22 yüksək rütbəli qvardiyaçı həbsə atıldı. İran parlamentinin üzvləri bu faktdan istifadə edərək prezidentə qarşı hücumları intensivləşdirdilər. Parlament üzvləri dolayısı ilə (bəzən açıq şəkildə) Əhmədinejadın dini liderə tabe olmadığını, buna görə cəzalandırılmalı olduğunu bildirdilər. İran parlamenti üzvlərinin bu çıxışları dini liderin bir həftə öncə “üstü açılmış” dövlət çevrilişi cəhdində prezidentin adını qarışdırmaq istəyindən irəli gəlir. Dini lider mümkün qədər çalışır ki, Əhmədinejadın adı “xainlikdə”, “satqınlıqda” çıxsın, onu istənilən vaxt zərərsizləşdirmək mümkün olsun. Lakin prezident gözlənildiyi qədər də zəif fiqur deyilmiş. Ötən həftə atdığı addımlar İran prezidentinin dini liderə asanlıqla məğlub olmayacağını göstərdi. Prezdient Iranın ali dini lideri Əli Xamneyi ilə münasibətlərinin gərginləşdirəcək daha bir aadım atıb. Prezident Mahmud Əhmədinejad gözlənilmədən özünü neft naziri elan edib. Yəni bəyan edib ki, bundan sonra neft naziri vəzifəsini öz üzərinə götürür. Mahmud Əhmədinejad prezident səlahiyyətlərindən istifadə edərərk özünü müvəqqəti olaraq bu vəzifəyə təyin edib. Bununla da Iran prezidenti ölkədəki ən strateji sahədə məsuliyyəti öz üzərinə götürüb. İran daxilində siyasi ekspertlər, müxalifət liderləri hakimiyyət daxilində durumçun getdikcə gərginləçdiyindən narahat olduqlarını bildirblər. Iranın keçmiş prezidenti, yaşıl inqilabın əsas simalarından olan Məhəmməd Xatəmi Əhmədinejadla Xameneyi arasında son vaxtlar yaranmış ixtilafa toxunub. Eks-prezident ölkədə hər hansı qarşıdurma yaranmasından dövlətin zərər görəcəyindən narahat olduğunu vurğulayıb: “Mən həqiqətən ölkədə yaranmış bu qarşıdurmalardan narahatam. Bu gün ölkədə bir tərəfdə həddən artıq özündən məmnunluğun, digər tərəfdə isə nifrətin şahidi olursan. Bunların ikisinin üz-üzə gəlməsindən qorxmaq və Allaha pənah aparmaq lazımdır”.

Xatəminin fikrincə, ölkəni indikindən qat-qat yaxşı idarə etmək olar: “Ölkə iqtisadiyyatının irəlilədiyini iddia edən prezident Əhmədinejad çıxışlarının birində deyib ki, son vaxtlar Iranda 2 milyon yarım iş yeri açılıb. Lakin baxdıqda məsələnin tam tərsinə olduğu görünür. Iqtisadi dirçəliş və inkişaf tempi çox zəifləyib, aşağı düşüb. Iş yerləri və işlə təmin edilmə məsələsi bərbad vəziyyətdədir. Istehsal bütün sahələrdə dayanıb və ziyana uğrayıb. Iqtisadi inkişaf tempinin bu qədər aşağı olduğu bir vaxtda 2 milyon yarım iş yerinin açılmasından nə cür danışmaq olar? 2 milyon yarım iş yerinin açıldığını o vaxt iddia etmək mümkündür ki, ölkə iqtisadiyyatının inkişafında ən azı 20 faiz irəliləyiş olsun”. Keçmiş prezident ölkədə neft gəlirlərinin artmasına baxmayaraq, ciddi sosial problemlərin olduğunu da söyləyib. Onun sözlərinə görə, son 100 ildə neftin satışından 1 trilyon dollar gəlir əldə edilib ki, bu rəqəmin 450 milyard dolları son 5-6 ilin neft gəlirləri ilə bağlıdır. Amma məmləkətin də vəziyyəti bu gəlirə uyğun yaxşılaşmayıb.

Yaşıl inqilabın lideri Mirhüseyn Musəvi də yaranmış durumun yaxşı bir şey vəd etmədiyini düşünür. Onun fikrincə, bu ixtilaf rejimi parçalayacaq, sonda hakimiyyətin iflası ilə nəticələnəcək. Yaşıl inqilab liderlərinin aşıqlamaları narahatçılıqdan daha çox vəziyyətdən bəhrələnmə istəyinə oxşayır. Müxalifət liderləri yəqin ki, sonrakı çıxışlarda hakimiyyət daxilində çəkişən tətərflərdən daha zəifini müdafiə etməklə Xamneyiyə zərbə vurmağa çalışacaqlar. Dini lider Seyidəli Xamneyinin Mahmud Əhmədinejada savaşı isə bitməyib. Müşahidələr göstərir ki, dini liderdən fərqli olaraq prezident daha hiyləgər taktika yeritməyə çalışır. Dini lider həm güc göstərmək, həm də daxilə, həm xaricə “əsas söz yiyəsi rejim daxilində mənəm” mesajını vermək istəyir, həm də prezedenti “Qeybə çəkilmiş imamın yerdəki canişininə qarçı çıxmaqda”suçlandıraraq onu cəmiyyətin göüzndən salamağa çalışır. İran kimi cəmiyyətlərdə “ağsaqqal” rolunu oyanayan dini liderin, mənəvi liderin qarçısına şıxmaq, ona qarşı getmək suç sayılır. Xamneyi İran cəmiyyətindəki statusundan maksimum istifadə etməyə çalışır.

Prezidentin taktikası da uğurlu sayıla bilər. Ötən həftə dini liderlə aralarında yaranmış ziddiyyətlərdən danışan prezident bildirb ki, o da bütün İran vətəndaşları kimi dini lideri özünün mənəvi atası sayır. Heç şübhəsiz ki, bu, prezidentin taktikasıdır. Prezident dini liderlə aşıq-aşkar üz-üzə gəlmək istəmir. Görünür prezidentin ətrafı ona dini liderlə açıq savaşa getməyi məsləhət bilməyiblər. Hələ ki dini liderlə mehriban münasibətlərin qurulması daha vacib sayılıb. Prezident sübut etməyə çalışacaq ki, o, İran cəmiyyətində “mənəvi ata” sayılan Xamneyini lider sayır. Ona qarşı çıxmaq fikri yoxdur. Amma prezident əl altdan öz siyasətini yeritməyə çalışacaq. Onun strateji sahə olan neft sektorunu nəzarətinə almaq cəhdi təsadüfi deyil. Prezident bütün strateji sahələri ələ almağa çalışacaq. Təbii ki səlahiyyətləri çərçivəsində. Məsələn, prezident siloahlı qüvvələrini komandanlarını dəyişə bilər. Bu halda təhlüksəzilik naziri ilə bağlı yaranmış vəziyyətdən sonra dini liderin prezidentin qərarını ləğv etməsi real görünmür. Bu lap ağ olar və prezidentin güvənsiz adam olduğu təəssüratını yaradar. İstənilən halda təşəbbüsün prezidentə keçdiyini təxmin etmək olar. Təmkinli və ağıllı siyasət yürüdüb dini lideri qeyri-satndart qərarlara vadar edə bilsə prezident Oiran cəmiyyətində qəhrəman kimi qəbul oluna bilər. Məsələn, prezident molla sinfinin maraqlarına zidd siyasətini gücləndirə bilər. Mollaların imtiyazalrını alar, din adamlarını mülki hakimiyyətdən uzaqlaşdırar. Bu halda İarna cəmiyyəti onun maraqlarından çıxış edən prezdienti müdafiə edəcək. Dini lider prezidentin islahatlarını dayandlırmaq qərarı versə, onu impicment yolu ilə (artıq Əhmədinejada belə bir xəbərdarlıq olunub) vəzifəsindən uzaqlaçşdırmağa çalışsa, yenə də udan tərəf Əhmənijead olacaq. Müxalifət onu sıralarına qəbul edəcək, dini liderin tərəfdarları azalacaq, yaşıl inqilabın sıraları güclənəcək. Bu baxımdan İranda rejimdaxili mübarizədə dini liderin mövqeləri zəifləməyə doğru gedir. Siyasi ekspertlər hesab edir ki, dini lider prezidenti vəzifədən uzaqlaşdırmaq üçün yetişmiş situasiyanı düzgün qiymətləndirməyib və fürsəıti boşa verib. Bundan sonra dini liderin işi çətin olacaq. Artıq prezident “əzabkeş” kimi təqdim olnumağa bağlayıb.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter