12İYUN SEÇKİSİ MÜQAYİSƏLİ RƏQƏMLƏRLƏ
AZOH: Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası səslərini 20,1 faizdən 25,9 faizə çıxardı. Bu, Türkiyədəki 1980-ci il çevrilişindən sonra CXP-nin əldə etdiyi ən yüksək nəticə oldu. CXP deputatlarının sayını 112-dən 135-ə çıxardı. Ana müxalifət partiyası 7 vilayətdə birincilik qazandı.
Milliyyətçi Hərəkat Partiyasının səslərində isə azalma müşahidə olundu. 2007-ci idlə 14,3 faiz səs alan partiya bu dəfə 13 faizlə kifayətləndi. MHP-nin deputatlarının sayı 71-dən 53-ə düşdü. MHP yalnız İğdır vilayətində birinci oldu.
Daha öncəki seçkilərdə 26 müstəqil namizəd parlamentdə təmsil olunma haqqı qazanmışdı. Bu seçkidə müstəqillərin sayı 36-ya çatdı. Onlardan 34-ü Barış və Demokratiya Partiyasının dəstəklədiyi namizədlərdir. BDP-nin dəstəklədiyi müstəqillər 7 vilayətdə birinci oldu.
Türkiyənin 16 böyük şəhərindən 14-də seçicilərin əksəriyyəti Ədalət və İnkişaf Partiyasına səs verdi. Yalnız İzmirdə CXP, Diyarbəkirdə isə BDP-nin dəstəklədiyi müstəqil namizədlər qazandı.
AK PArtiya 12 vilayətdə bütün millət vəkili yerlərini qazandı. CXP Tuncelidə iki yerin ikisini, BDP-nin dəstəklədiyi namizədlər isə Hakkaridə üç yerin üçünü əldə etdi.
CXP 31 vilayətdə, MHP isə 47 vilayətdə millət vəkilinə sahib ola bilmədi.
AK Partiyanın mandat qazana bilmədiyi vilayətlər isə İğdır, Tunceli və Hakkari oldu.
TRT