YUNANƏSTANDA İQTİSADİ BÖHRAN
AZOH: Yunanəstanda iqtisadi böhran səbəbindən etiraz aksiyaları davam edir. Paytaxt Afinanın mərkəzi meydanına toplaşan 5 mindən artıq insan içtimai xərclərin azaldılması və vergilərin artırılmasını nəzərdə tutan kəmər sıxma siyasətinə kəskin etirazını bildirib. Içtimai rəy sorğu mərkəzlərinin açıqlamalarına görə Yunan xalqının yarsından coxu Avropa Birliyinin və Beynəlxalq Valyuta Fondunun yardım müqabilində sərt olaraq irəli sürdüyü iqtisadi tədbirlər paketini rəd edir və təcili seçkilərin keçirilməsini istəyir. Rəyi soruşulanların 80 % Yunanıstanın avro zonada qalmasını dəstəkləyib. Avro qrupunun sədri Jean Klaude Junker isə bəyan edib ki, əgər Yunanıstanın borc böhranı diqqətli şəkildə idarə olunmazsa o zaman Belçika və Italiya da daxil olmaqla daha 5 avropa ölkəsi analoji problemile üz-üzə qalacaq.
TRT