English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ƏHMƏDİNEJAD İMPİÇMENT OLUNACAQMIŞ

AZOH: İranın dini lideri ayətullah Əli Xamneyinin İran İnqilab Keşikçiləri Korpusundakı (“Sepah”) nümayəndəsi Muctaba Zolnur iyunun 21-də “Bəsirət və elmi cihad” mövzusunda keçirilən toplantıda çıxış edərək prezident Mahmud Əhmədinejadın bir müddət əvvəl küsüb işə gəlməməsindən danışıb.

Aprel ayında Əhmədinejad ETTELAAT rəhbəri Heydər Moslehinin istefasını qəbul etsə də, sonradan onun prezidentin təzyiqi ilə istefa verməyə məcbur edildiyi bəlli olub. İstefadan dərhal sonra dini rəhbər ayətullah Xamneyi Moslehiyə məktub yazaraq onu yenidən əvvəlki vəzifəsinə qaytarıb. Əhmədinejad bundan küsərək 11 gün evdə oturub və işə gəlməyib.

“Media forum” saytının məlumatına görə, Muctaba Zolnur deyib ki, İran prezidenti işə öz könlü ilə yox, məcburiyyət qarşısında qaldığına görə gəlib: “Əhmədinejadın 11 gün küsüb evdə qaldığı müddətdə hakimiyyət daxilindəki 200 adam telefonla zəng edib və ya şəxsən yanına gedib onunla danışdılar ki, işə gəlsin. Lakin bu cəhdlərin heç biri nəticə vermədi. Mən hesab edirəm ki, Əhmədinejad öz könlü ilə işə qayıtmadı. O sadəcə olaraq buna məcbur edildi. Çünki həmin müddətdə parlament həyəcan içində idi. Bir də ki, parlament Əhmədinejada xəbərdarlıq edərək onun işə qayıtması üçün vaxt təyin etmişdi. Prezident ona verilmiş vaxtda yenə işə gəlməsəydi, möhlətin başa çatdığı günün sabahısı artıq parlamentdə impiçment olacaqdı”.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter