VASİTƏÇİLİK MÖVZUSUNDAKI SƏYLƏRİ
AZOH: Xarici işlər naziri Əhməd Davudoğlu, BMT-nin, Türkiyənin göstərdiyi səylər nəticəsində qəbul etdiyi vasitəçiliklə bağlı qərarının ardından, Norveç və Finlandiya xarici işlər nazirləri ilə telefonda danışıb.
Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Davudoğlunun, Norveç xarici işlər naziri Jonas Gahr Store və Finlandiya xarici işlər naziri Aleksandr Stubbe ilə keçirdiyi görüşlərdə, BMT-nin ümumi iclasında qəbul edilən qərar və regional məsələlər müzakirə edilib.
Qeyd edək ki, BMT-nin ümumi iclasında, 22 İyun günü, Türkiyə və Finlandiyanın təşəbbüsü ilə, beynəlxalq problemlərin sülhpərvər yollarla həlli üçün vasitəçiliyin gücləndirilməsini nəzərdə tutan bir qərar layihəsi qəbul edilmişdi.
Xarici işlər nazirliyindən mövzuyla bağlı verilən açıqlamada isə, Türkiyənin, vasitəçilik mövzusundakı qabaqcıl mövqeyini davam etdirəcəyi bildirilmişdi.
TRT