KARZAYİNİN QARDAŞI ÖLDÜRÜLÜB
AZOH: Əfqanıstan prezidenti Həmid Karzayinin qardaşı Əhməd Vəli Karzayi öldürülüb.
Karzayi ailəsinin ikinci ən güclü adamı sayılan Əhməd Vəli Karzayi Qəndəhar şəhərindəki evində qətlə yetirilib.
Ailə üzvlərinin və hökumətin də təsdiqlədiyi sui-qəsdin məsuliyyətini üzərinə götürən olmayıb.
Qeyd edək ki, Əfqanıstanın cənub kəsiminin ən güclü siyasət adamlarından olan Əhməd Vəli Karzayi Qəndəhar bölgəsi şurasının da rəhbəri idi.
TRT