Güneyli hərəkatçıların məhkəməsi olub
AZOH: Urmu Gölünü qurumaqdan qurtarmaq məqsədi ilə həyata keçirilən Kütləvi Etiraz Yığıncağında tutuqlanan soydaşlarımnızın Məhkəmə İclası keçirilib. “OLAYLAR”a verdiyi məlumata görə, 2011-ci il aprel ayının 2-də (1390-cı il fərvərdin ayının 13-də) tutuqlanan soydaşlarımızın Məhkəmə İclası iki gün öncə keçirilib.
Hakim müttəhimlərin izahatını eşidib və onlara bildirib ki, ittihamlardan müdafiələrini yazılı şəkildə qeyd edib və məhkəmənin hökmünü gözləməlidirlər.
hələlik məhkəmə hökmü ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, mühakimə olunan soydaşlarımız tutuqlanarkən 4 gün həbsdən sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.
OLAYLAR