English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Qarabağ danışıqlarının mahiyyəti açıldı

AZOH: Azərbaycan prezidenti İlham Əliyev: "Beynəlxalq birliyin fəallaşmasının əsas səbəblərindən biri də güclü Azərbaycan dövlətinin və ordusunun mövcudluğudur"

İyulun 12-də Azərbaycan prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. "Xalq Cəbhəsi"nin məlumatına görə, iclasda çıxış edən prezident İlham Əliyev 2011-ci ilin birinci yarısında ölkə qarşısında duran sosial-iqtisadi məsələlərin həllini tapdığını, bu dövrdə Ümumi Daxili Məhsulun 0,9 faiz artdığını deyib. Bu göstəricinin əvvəlki dövrlə müqayisədə az olduğunu bildirən dövlət başçısı bildirib ki, buna səbəb neft hasilatının azalmasıdır. "Bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir" deyən Azərbaycan prezidenti bu ilin 6 ayında qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında isə 6,2 faiz artımın əldə olunduğunu bildirib.

Prezident bildirib ki, əhalinin pul gəlirləri də 17 faiz artıb. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra tarixdə ilk dəfə olaraq Azərbaycan büdcəsinin 20 milyard dollara çatdığını deyən dövlət başçısı bu dövrdə ölkəmizin strateji valyuta ehtiyatlarının 9 milyard dollar artdığını diqqətə çatdırıb. Prezident bildirib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumilikdə 38 milyard dollara çatıb: "Bu bizə imkan verir ki, iqtisadiyyatın inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları ayıraq".

"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən dövlət başçısı bildirib ki, hazırda ölkədə 125 min ailəni əhatə edən ünvanlı sosial yardım proqramının icrası davam etdirilir. Son 7 ildə yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində son 6 ayda 38 min yeni iş yeri açılıb. Bu il "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", o cümlədən 2011-2013-cü illərdə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib.

Sonra vergilər naziri Fazil Məmmədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bu ilin 6 ayında ölkədə gedən sosial-iqtisadi inkişaf prosesləri barədə məlumat veriblər.

Yekun çıxışında "Bizim iqtisadi göstəricilərimiz gördüyümüz işlərin nəticəsidir və ölkədə gedən proseslər müsbət istiqamətdə davam edir" deyən prezident İlham Əliyev Azərbaycanın bölgədə nüfuzunun getdikcə artdığını deyib, çəkilişi davam edən Bakı-Tiflis-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. Dövlət başçısı makroiqtisadi sabitliyin saxlanılmasının, büdcə xərclərinin 100 faiz icra edilməsinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafıyla bağlı tədbirlərin davam etdirilməsinin vacib olduğunu vurğulayıb. Bildirib ki, hazırda Heydər Əliyev beynəlxalq hava limanının yeni terminalı tikilir, bu ilin sonuna qədər isə Qəbələdə daha bir beynəlxalq aeroport istifadəyə veriləcək. Ələt qəsəbəsində Xəzər hövzəsində ən böyük və müasir dəniz ticarət limanının, gəmiqayırma zavodunun inşa olunduğunu, yaxın vaxtlarda gübrə zavodunun təməlinin qoyulacağını deyən prezident bildirib ki, qarşıdakı 4 ildə metro stansiyalarının sayı 30-a çatdırılacaq. Ordu quruculuğunun da diqqət mərkəzində olduğunu deyən dövlət başçısı hazırda hərbi xərclərin 3,3 milyard dollar təşkil etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanda sənaye mərkəzlərinin yaradılması, İKT sektorunun, sahibkarlığın, turizmin inkişafı, kənd yollarının çəkilməsi, yaxın 4-5 ildə su və kanalizasiya problemlərinin həll olunması, əhalinin fasiləsiz içməli su ilə təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə toxunan Azərbaycan prezidenti ATƏT-in Minsk qrupuna həmsədr ölkələrinin dövlət başçılarının son bəyanatı ümidverici olduğunu bəyan edib: "Bu bəyanatda Helsinki Yekun aktı əsas götürülüb və "status-kvo"nun dəyişdirilməsi xüsusilə vurğulanıb. Belə olan halda isə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Üçüncü mühüm faktor isə həmsədr ölkələrin münaqişənin həllilə bağlı fəallıqlarını artırmasıdır".

Azərbaycan prezidenti Ermənistanın 20 ildir ki, "status-kvo"nun dəyişdirilməsini istəmədiyini bildirib. Dağlıq Qarabağ münaqişənin Praqa, sonra isə Madrid prinsipləri üzrə nizamlanması ilə bağlı danışıqların aparıldığını deyən dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri hər iki tərəfə yenilənmiş Madrid prinsiplərini 2009-cu ildə təqdim edib. O, Rusiya prezidentinin təşəbbüsüylə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini bildirib: "Ermənistan isə müxtəlif vasitələrlə bu prinsiplərin qəbulundan imtina edir". "Madrid prinsipləri"nin mahiyyəti barədə məlumat verən dövlət başçısı indi yeni vəziyyətin yarandığını, Azərbaycanın isə yenə də konstruktivlik göstərdiyini diqqətə çatdırıb.

Prezident onu da deyib ki, bütün dünyanın, Avropa qurumlarının, xüsusilə də həmsədr ölkələrin bu məsələyə münasibətinə baxmayaraq, Ermənistanın son günlərdəki hərəkətləri başa düşülməzdir: "Son illərdə beynəlxalq birliyin fəallaşmasının əsas səbəblərindən biri də güclü Azərbaycan dövlətinin və ordusunun mövcudluğudur" deyən prezident Azərbaycanın bu məsələnin tezliklə həllində daha çox maraqlı olduğunu bildirib.

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter