English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Öcalanın adamları muxtariyyət elan etdilər

AZOH: Diyarbakırda fövqəladə toplantı keçirən “Demokratik Toplum Konqresi” (DTK) demokratik muxtariyyət elan etdiklərini açıqlayıb. DTK rəhbərinin müavini Aysel Tuğluk muxtariyyətin elanını “Beynəlxalq insan haqlarının verdiyi hüquqlar, ortaq vətən anlayışı əsasında, ərazi bütövlüyünə və demokratik millət anlayışına, Türkiyədə yaşayan xalqlarının milli bütövlüyünə bağlı qalan Kürd xalqının demokratik muxtariyyətini elan edirik” deyə bildirib.

DTK-nın Diyarbəkirdə keçirilən toplantısında qurumun sədri Əhməd Türk, müavini Van Millət vəkili Aysel Tuğluk, millət vəkilləri Sabahat Tuncel, Bengi Yıldız, Leyla Zana, Nursel Aydoğan, Demir Çelik, Əminə Ayna, Adil Kurt, Altan Tan və başqa tanınmış kürd similar iştirak edib. Toplantıya PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı Mehmet Öcalan da qatılıb.

Təxminən 6 saat davam edən fövqəladə toplantıdan sonra Aysel Tuğluk hazırlanan bəyanatı oxuyub. Kürdlərin demokratik müxtariyyətinin elan oldunduğunu söyləyən Tuğluk Yaxın Şərq və dünya xalqlarıyla sıx əməkdaşlıq qurulacağına ümid bəslədiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin qurulmasında yaxından iştirak edən kürdlərin hüquqları zaman-zaman tapdalanmışdır: “Demokratik müxatiryyətin elanı bir dövləti yıxıb yenisini qurmaq deyil. Bu layihənin memarı kürd xalq öndəri Abdullah Öcalanın demokratik muxtariyyət əsasında demokratik Türkiyənin inkişafında daha yaxından iştirak etmək üçün təklif etdiyi dəstəkdir”.

Siyasi və hərbi əməliyyatların davam etdirildiyini, seçkilərdə kürd xalqının azad iradəsini qarşısının alınmasına cədh göstərildiyini söyləyən Aysel Tuğluk kürd siyasetçilerinı qarşı aparılan siyasi soyqırım əməliyyatları nəticəsində minlərlə insanın həbsdə saxlandığını bildirib. Beynəlxalq ictimaiyyətə da mesaj göndərən Tuğluk, demokratik müxtariyyətin beynəlxalq hüquqda da yeri olduğunu söyləyərək kürd xalqının elan etdiyi muxtariyyəti tanımağa çağırıb.Bu kürd siyasi hərəkatının yox, uzun illərdir davam edən terrorizmin şərtləridir və muxtariyyəti elan edənlərin də Öcalanı lider kimi xatırlatmaları təsadüfi deyil

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter