QƏDDAFİ YENƏ MEYDAN OXUDU
AZOH: Liviya prezidenti Müammər Qəddafi ABŞ və digər dünya güclərinin ölkəsindəki müxalifləri Liviyanın legitim təmsilçisi kimi tanıma qərarının heç bir əhəmiyyəti olmadığını bəyan edib.
Liviya televiziyası Qəddafinin Zilitan şəhərində on minlərlə tərəfdarı qarşısında etdiyi çıxışın görüntüləri yayılıb. Qəddafi "Müxaliflərin tanınmasının heç bir əhəmiyyəti yoxdur. Bunları əzib keçin" deyib.
Müxalifətin yaratdığı Milli Keçid Şurasının açıqlamasında isə ABŞ-ın bu qurumu Liviya xalqının legitim təmsilçisi kimi tanımasının məmnunluqla qarşılandığı bildirilib.
TRT