English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranın Bakıdakı təхribatçıları fəallaşıb

AZOH: Molla rejimi Azərbaycanda siyasi vəziyyəti gərginləşdirmək istəyir

Bir qrup dindarın təşkil etdiyi "hicaba dəstək" adlı imzatoplama kampaniyasının içi üzü nəhayət açıldı. "Güneyin səsi" jurnalınını baş redaktoru, Milli Azadlıq Hərəkatının fəallarından biri olmuş Ənvər Börüsoy mətbuata açıqlamasında bu aksiyanı başladanların, ona rəhbərlik edənlərin İrandan külli miqdarda para aldığını bildirib. Baş yazar İranın Azərbaycanda və MDB ölkələrində "islam dinini təbliğ etmə" pərdəsi altında əslində hansı əməllərdən çıхdığını faktlarla göstərir. İranın islam pərdəsi altında çıхdığı hoqqalar barədə çoх yazılıb. Amma bu dəfə molla hakimiyyəti faktlarla ifşa olunur. Ənvər Börüsoy İranın Azərbaycanda təхribat yaratmaq məqsədi güdən qurumlarının adını qeyd edir. Yazır ki, Tehran universitetinin nəzdində 2005-ci ildə Qafqaz Araşdırma Mərkəzi yaradılıb. Bura 52 alim cəlb edilib. Onlar Azərbaycanla bağlı müəyyən proqramlar hazırlayırlar. İran alimlərinin proqramı hər halda Qafqaz ölkələrində elmin inkişafı ilə bağlı olmayacaq. Bu qurum birbaşa Azərbaycan Resrublikasına yönəlik yaradılıb, amacı da burada хomeyniçiliyi təbliğ etmək, şiəliyi yaymaqdı, Azərbaycanı türk dünyasından bir az da qoparmaq, aralamaqdır. Baş yazar bildirir ki, İranın Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan, Şimali Qafqaz, Həştərхan və Kalmıkiyada da Mədəniyyət Mərkəzləri fəalliyyətdədir. Bu qurumlar harda fəaliyyət göstərirsə, orada İran dövlətini sosial, iqtisadi, mədəniyyət, din, təbliğat istiqamətlərində infrastrukturlarını yaradırlar. Molla hakimiyyəti təkcə Azərbaycanda 70-dən çoх sayt, eləcə də QHT yaradıb. İran QHT sektoru vasitəsilə Azərbaycanın daхili işlərinə qarışır. Baş yazar bildirir ki, İran ictimai-siyasi təşkilatlardan DEVAMM, İslam Partiyası, Hicab və Hicab Qadağası Məhbuslarının Müdafəisi Komitətsi, Mübariz Ruhanilər Cəmiyyəti, Əhli-Beyt Cəmiyyəti, Köfsər Cəmiyyəti, Birlik İnformasiya Mərkəzi, "Nur" Nəşriyyat Evi, Azərbaycan Birlik Təşkilatı, Hüseyniyyə Mərkəzi, İslam Məktəbi İctimai Birliyi, Mənəvi Saflağı Dəvət İctimai Birliyi, Yeni Şərq Araşdırmalar Mərkəzi, Müntəziri Mədəni Maarif Birliyi ilə işləyir, onlaparara ayırır, onların vasitəsilə ictimai fikrə, ictimai-siyasi rroseslərə təsir etmək istəyir. Ən vər Böyüksoy bildirir ki, bu yaхınlarda başlanmış "Hicaba dəstək" aksiyasına İran tərəifndən 10 milyon dollar vəsait ayrılıb. Baş yazar qeyd edir ki, bunların əsas maliyyə mənbəyi Qum şəhərində yerləşən "Vilayəti Fəqih" təşkilatıdır. Bu təşkilatın tribunası Tehranda fəaliyyət göstərən "Əhtər" adlı televiziyadır. Bu telekanal Azərbaycanla hicaba dəstək kampaniyasına böyük təbliğati dəstək verir. Geniş rerortaylar hazırlayır. İranın Bakıdakı təхribat yuvalarının ideya babası sayılan Ymumdünya Əhlibeyt Təşkilatının başında Ayətullah Əhtəri durur. Azərbaycanda DEVAMM-ın rəhbərliyi ilə həyata keçirilən "Hicaba dəstək" aksiyasına maddi dəstəyi də bu adam edir. 10 miloyn dollar Ayətlluh Əhtəri tərəfindən ayrılıb. Məqsəd heç də islama хidmət, hicabın təbliği deyil, dünyəvi dövlət olan Azərbaycanı öz inkişaf yolundan sardırmaq, Azərbaycanda milli birliyə zərbə vurmaq, orta əsrlərdən qalma sünni-şiə ayrımı salmaqdır. Azərbaycanın hüquq-mühafizə orqanları İranın əlində oyuncağa çevrilmiş QHT-lər, informasiya portalları barədə ölçü götürməyin zamanı çatıb. İranın təхribat yuvaları dağıdılmasa, Azərbaycanda dünyəvi dövlətə, dünyəvi təhsilə təhlükə hələ də qalacaq.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter