ƏRDOĞANIN AÇIQLAMALARINA AVROPADAN REAKSİYA
AZOH: Baş nazir Rəcəb Tayyib Ərdoğanın Quzey Kıbrıs Türk Cümhuriyyəti səfərində Kıbrısla bağlı verdiyi açıqlamalara Avropadan reaksiyalar gəlib.
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Ria Oğmen Raytun yazılı açıqlamasında "Türkiyə Avropa klubuna girmək istəyirsə, oyunu onun qaydalarına görə oynamalıdır" deyib.
Almaniya Xarici İşlər Nazirliyi isə "Biz Türkiyə ilə Avropa Birliyi arasında aparılan üzvlük müzakirələrinin anlaşmada göstərildiyi kimi davam etməsini istəyirik" açıqlamasını verib.
Xarici İşlər Nazirliyi sözmüsü Andreas Peşke Türkiyənin Kıbrıs müzakirələrinin 2011-ci ildə sona çatması istiqamətində səy göstərəcəyinə dair açıqlamasını isə məmnunluqla qarşıladıqlarını bildirib.
Kıbrıs rum mətbuatı isə Ərdoğanın sözlərini "təhrikedici" deyə dəyərləndirib.
TRT