ƏRDOĞANDAN İSRAİLƏ SƏRT MESAJLAR
AZOH: Baş nazir Rəcəb Tayyib Ərdoğan İsraildən "Mavi Mərmərə" hücumu ilə bağlı üzr və təzminat tələbinin heç bir halda dəyişməyəcəyini bildirib.
İstanbulda Fələstin səfirləri toplantısınının açılışında çıxış edən Ərdoğan bildirib ki, Ankara bu tələbdən geri çəkilməyəcək: "İsrail beynəlxalq hüquqa və hər cür insanı dəyərlərə zidd olan bu qanunsuz aksiyaya görə üzr istəmədikcə, dünyasını dəyişən insanlarımızın yaxınlarına təzminat ödəmədikcə, Qəzza mühasirəsini qaldırmadıqca iki ölkə arasındakı əlaqələrin normallaşması düşünülə bilməz. Heç bir inanc, heç bir düşnücə sistemi məsum insanların vəhşicəsinə, barbarcasına qətlə yetirilməsini əsaslandıra bilməz".
TRT