English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Amnesty International İran rəsmilərini Təbrizdə və Urmiyədə həbs edilmiş azərbaycanlı fəalları dərhal azad etməyə çağırır

AZOH: Təşkilat aprelin 2-də keçirilmiş nümayişlər zamanı azərbaycanlıların həbsləri ilə bağlı bəyanat açıqlayıb

Amnesty International təşkilatı bildirir ki, aprelin 2-də Təbrizdə dinc nümayiş zamanı 70, Urmiyədə isə 20 azərbaycanlı həbs edilib. Təşkilatın açıqladığı bəyanatda deyilir ki, nümayişçilər bəndin inşasına görə qurumaq təhlükəsi qarşısında olan Urmiyə gölünün xilas edilməsinə çağırıblar.

Amnesty International –ın bildirdiyinə görə, həbs edilənlərin çoxunun azad edilməsinə baxmayaraq, beş nümayişçinin harada olduğu məlum deyil. Təşkilatın açıqlamasında deyilir ki, Təbrizdə nümayiş zamanı adi geyimdə olan polis və silahlı qüvvələr 70 nəfəri həbs edib, bir çox insan xəsarət alıb. Təbrizdə həbs edilənlərin Həbib Purvali, Cəlil Ələmdar Milani, Əli Salimi və Səid Siyami olduğu deyilir.Urmiyədə aksiya zamanı isə həbs edilmiş 20 nəfər arasında Səid Xızırlının da olduğu deyilir.

Təşkilat İran rəsmiərini həbs edilmiş fəalları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır. Azərbaycanlı fəallar son illər Urmiya gölündə yaranmış ekoloji vəziyyətlə bağlı  oxşar nümayişlər keçirib.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter