English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئي آذربايجان قورتولوش پارتيياسينين ديش قولونون 2.جي قورولتايي گئچيريلدي

Güney Azərbaycan Qurtuluş Partiyasının Dış Qolunun 2.ci Qurultayı Geçirildi!

Güney Azərbaycan Qurtuluş Partiyasının Dış Qolunun

2.ci Qurultayı Geçirildi!

Əziz Milllətimiz,

Dəyərli soydaşlarımız!

Güney Azərbaycan Qurtuluş Partiyası(GAQP),  23 və 24.iyun.2012 günlərində İsveçin Yötebori şəhərində özünün Dış Qolunun 2.ci qurultayını geçirdi. Çeşidli ölkələrdən qatılan təşkilat mənsublarının ortaqlığında öncədən planlaşmış amaclar incələndi. Çeşidli nədənlərdən qurultaya qatılamayan arxadaşlar intenet aracılığı ilə toplantıya qatıldılar.Qurultayda Güneyin, Quzeyin, bölgənin və dünyanın son durumu ələ alındı. Partiyanın daha artıq dinamikləşməsi üçün dəyişikliklər oldu. Təşkilatın sistem dəyişməsi ön göründü. Mali durumla bağlı rapor verildi. Bölgə nümayəndəliklərin genişlənməsi yolları axtarıldı. Güneydən əlimizə çatan son ekonomik verilərin haqqında geniş müzakirələr olundu. Şovinist fars rejiminin fəlakətli siyasəti üzündən sınırsız bahalıqların baş alıb getməsinin nədənləri və nə sonuca varacağı dartışıldı.Qurultayda aşağıdaki təməl qərarlar aldı:

1.   GAQP düzükündə (nizamnamə) dəyişik yapılması üçün 3 nəfərlik redaktə qurupu yarandı.

2. GAQP-də Sözçülük sistemi ləğv olundu. Təşkilatın Başqanlıq sisteminə geçirilməsi onaylandı.

3.   Yönətim Qurulu içində çevik Başqanlıq aparatının yaranması ön göründü.

4.   Qurtulush.info sitəsinin yenidən dizayn olunması və gündəlik çalışmalara uyğun gəlməsi təsdiqləndi.

5.   GAQP-sının6-aylıq bəlli iş planına görə, işçi quruplar yarandı. Bu haqda partiya dışında olan dostlardan da yardım alma yolları ön göründü.

6.   İnsan haqları və hüqusal orqanlarla ilişgiyə girmək üçün bəlirgin plan ortaya qoyuldu.

7. Gündəlik internet “Qurtuluş Radio-TV” planının ilk dənəmə aşamasına ayaq qoyması alqışlandı. Hələlik həftə sonlarında 3 saatlıq canlı səs dənəmə olaraq başlanan projənin ikinci aşamada daha obyektiv olması üçün  bəlli plan ortaya qoyuldu.

8.   Güneydən Qurultayımıza müraciət edib, Günaztv ilə ilişgilərimizin zəyif olması nədənini sorusanlara açıq cəvab verilməsi       onaylandı. Yaxın günlərdə “Günaz və Biz” adlı silsiləvi yazıların yazılması siyasi bölümə tapışırıldı.

9.   Təşkilatın geniş alanda gəncləşməsi və gənc kadırların yetişməsi planı bəlli oldu.

10.   Qurtuluşun gələcək qurultayının qapalı və açıq formalarda geçirilməsi təsdiq olundu.

11.   Başqa milli təşkilatlarla iş birliyi, ikili və neçəli əməkdaşlıqlar ilə bağlı qərar qəbul olundu.

12. GAQP-sının bütün media və sitələrə tərəfsiz yanaşması, eyn məsafəni saxlaması bir daha təsdiqləndi. Partiyanın belə  özgür və demokratik tutumundan rahatsız olanların haqsız olduğu vurğulandı.

13. Qurultayın sonunda GAQP-sının Yönətim Qurulu bəlli oldu və bölüm rəhbərləri aşağıdaki kimi seçildi:

-      Partiya Başqanı: Eldar Qaradağlı.

-      Başqanlıq Aparatı: Əslan Urmu, Ş. Arazata, Sərdar Əsədi

-      Kültür bölümü: Ə. Urman

-      İnsan haqları və hüquq bölümü: Urmulu Atilla

-      Üyəlik incələmə: U. Atilla

-      Finans və mali bölüm: Əslan Urmu

-      Yayın və basın: Ə. Bayramlı

-      Təşkilat: Atabay Sulduz

-      Araşdırma və informatik: O. Ataman

-      Poletika: E. Qaradağlı

-      Diş ilişgiləri: Sərdar Əsədi

-      GAQP-sının Quzey Azərbaycan sorumlusu: Cavidan Elbas

-      GAQP-sının Türkiyə soromlusu: Ş. Arazata

-      GAQP-sının  Amerika sorumlusu: Rza Sələhşur

Güney Azərbaycan Qurtuluş Partiyası-Yönətim qurulu

2012-06-30

گونئي آذربايجان قورتولوش پارتيياسينين ديش قولونون 2.جي قورولتايي گئچيريلدي

عزيز ميلللتيميز،

ديره لي سويداشلاريميز!

گونئي آذربايجان قورتولوش پارتيياسي(گ اق پ)،23 و 24.اييون.2012 گونلرينده ايسوئچين يؤتئبوري شهرينده اؤزونون ديش قولونون 2.جي قورولتاييني گئچيردي. چئشيدلي اؤلکه‌لردن قاتيلان تشکيلات منسوبلارينين اورتاقليغيندا اؤنجه‌دن پلانلاشميش آماجلار اينجلندي. چئشيدلي ندنلردن قورولتايا قاتيلامايان آرخاداشلار اينتئر نئت آراجيليغي ايله توپلانتييا قاتيلديلار.

قورولتايدا گونئيين، قوزئيين، بؤلگه‌نين و دونيانين سون دورومو اله آليندي. پارتييانين داها آرتيق ديناميکلشمه‌سي اوچون دييشيکليکلر اولدو. تشکيلاتين سيستئم دييشمه‌سي اؤن گؤروندو. مالي دوروملا باغلي راپور وئريلدي. بؤلگه نوماينده‌ليکلرين گئنيشلنمه‌سي يوللاري آختاريلدي. گونئيدن اليميزه چاتان سون ائکونوميک وئريلرين حاقيندا گئنيش موزاکيره‌لر اولوندو. شووينيست فارس رئژيمينين فلاکتلي سيياستي اوزوندن سينيرسيز باهاليقلارين باش آليب گئتمه‌سينين ندنلري و نه سونوجا واراجاغي دارتيشيلدي.

قورولتايدا آشاغيداکي تمل قرارلار آلدي:

1. گ اق پ دوزوکونده (نيزامنام) دييشيک ياپيلماسي اوچون 3 نفرليک رئداکته قوروپو ياراندي.

2. گ اق پ-ده سؤزچولوک سيستئمي لغو اولوندو. تشکيلاتين باشقانليق سيستئمينه گئچيريلمه‌سي اونايلاندي.

3. يؤنتيم قورولو ايچينده چئويک باشقانليق آپاراتينين يارانماسي اؤن گؤروندو.

4. قورتولوسه.اينفو سيته‌سينين يئنيدن ديزاين اولونماسي و گونده‌ليک چاليشمالارا اويغون گلمه‌سي تصديقلندي.

5. گاقپ-سينين 6-آيليق بللي ايش پلانينا گؤر، ايشچي قوروپلار ياراندي. بو هاقدا پارتييا ديشيندا اولان دوستلاردان دا يارديم آلما يوللاري اؤن گؤروندو.

6. اينسان هاقلاري و هوقوسال اورقانلارلا ايليشگييه گيرمک اوچون بليرگين پلان اورتايا قويولدو.

7. گونده‌ليک اينتئرنئت “قورتولوش راديو-ت و” پلانينين ايلک ده نه مه آشاماسينا آياق قويماسي آلقيشلاندي. هله‌ليک هفته سونلاريندا 3 ساعاتليق جانلي سس دنمه اولاراق باشلانان پروژه‌نين ايکينجي آشامادا داها اوبيئکتيو اولماسي اوچون بللي پلان اورتايا قويولدو.

8. گونئيدن قورولتاييميزا موراجيعت ائديب، گونازت و ايله ايليشگيلريميزين ضعيف اولماسي ندنيني سوروسانلارا آچيق جواب وئريلمه‌سي اونايلاندي. ياخين گونلرده “گوناز و بيز” آدلي سيلسيلوي يازيلارين يازيلماسي سياسي بؤلومه تاپيشيريلدي.

9. تشکيلاتين گئنيش آلاندا گنجلشمه‌سي و گنج کاديرلارين يئتيشمه‌سي پلاني بللي اولدو.

10. قورتولوشون گله‌جک قورولتايينين قاپالي و آچيق فورمالاردا گئچيريلمه‌سي تصديق اولوندو.

11. باشقا ميللي تشکيلاتلارلا ايش بيرليگي، ايکيلي و نئچه‌لي امکداشليقلار ايله باغلي قرار قبول اولوندو.

12. گ اق پ-سينين بوتون مئديا و سيته‌لره طرفسيز ياناشماسي، عئين مسافه‌ني ساخلاماسي بير داها تصديقلندي. پارتييانين بئله اؤزگور و دئموکراتيک توتوموندان راحاتسيز اولانلارين هاقسيز اولدوغو وورغولاندي.

13. قورولتايين سونوندا گاقپ-نين يؤنتيم قورولو بللي اولدو و بؤلوم رهبرلري آشاغيداکي کيمي سئچيلدي:

-پارتييا باشقاني: ائلدار قاراداغلي.

-باشقانليق آپاراتي: اصلان اورمو، ش. آراز آتا، سردار اسدي

-کولتور بؤلومو: ه. اورمان

-اينسان هاقلاري و حوقوق بؤلومو: اورمولو آتيللا

-اويه‌ليک اينجله‌مه: او. آتيللا

-فينانس و مالي بؤلوم: اصلان اورمو

-يايين و باسين: ه. بايراملي

-تشکيلات: آتاباي سولدوز

-آراشديرما و اينفورماتيک: او. آتامان

-پولئتيکا: ائ. قاراداغلي

-ديش ايليشگيلري: سردار اسدي

-گ اق پ-سينين قوزئي آذربايجان سوروملوسو: جاويدان ائلباس

-گ اق پ-سينين تورکييه سوروملوسو: ش. آرازاتا

-گ اق پ-سينين آمئريکا سوروملوسو: ريضا سلهشور

گونئي آذربايجان قورتولوش پارتيياسي-يؤنتيم قورولو

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter