English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

HAKİMİYYƏT KÜÇƏ SAVAŞLARINA HAZIRLAŞIR

AZOH: Azərbaycan hakimiyyəti müxalifətə qarşı ərəb rejimlərinin tətbiq etdiyi taktikanı işə salır. Bu taktika hakimiyyətə qarşı etirazlarını ifadə etmək üçün küçələrə çıxan kütləyə qarşı iqtidar tərəfdarlarının səfərbər olunması və iki düşərgə arasında küçə toqquşmalarının təşkilini özündə ehtiva edir. İqtidarımızın buna hazırlaşdığını dəfələrlə qeyd etmişik. Son günlər baş verənlər isə göstərir ki, hakimiyyət bu taktikanı artıq sınaqdan keçirmək üçün start düyməsinə basıb.

Rejimin ən imkanlı büdcə təşkilatları nəzdində özünümüdafiə üçün qurduğu “ictimaiyyət” artıq küçələrdədir. Əgər Misir prezidenti Hüsnü Mübarək və Liviya rəhbəri Qəzzafi bunu dəvələrini minmiş bədəvi ərəblərdən təşkil edirdisə, YAP iqtidarı daha çağdaş texnolojiləri işə salmış durumdadır. Gənclər, qaçqınlar, özünə sadiq tayfaların əhatəsindəki insani potensial təşkilatlandırılaraq siyasətə atılır.

Azərbaycan iqtidarı hesab edir ki, ölkədə inqilabı, kütləvi xalq etirazlarını qabaqlamaq olar və bu cür təhlükənin gəldiyi nöqtələri də təhlükəsiz hala gətirmək mümkündür. Ola bilər ki, məhz bu düşüncənin məhsulu kimi artıq prosesə start verilib. İndi hakimiyyətə bağlı adamlar müxalifətçilərdən daha tez-tez küçələrə çıxır. Demək olar ki, artıq hər gün iqtidar yanlılarının Əli Kərimlinin evinin qarşısında, ya da Müsavatın qərargahının önündə nümayişlərini müşahidə etmək olar. Bu texnologiya Azərbaycan üçün tam yenidir; bu səbəbdən də gətirilmə hesab olunur. Adətən cəmiyyət və müxalifət hakimiyyətə, onun ayrı-ayrı məmurlarına qarşı piket və mitinqlər təşkil edərdi. İndi isə durum dəyişib. İqtidar müxalifətə, onun siyasətinə və ayrı-ayrı liderlərinə qarşı aksiyalar təşkil edir. Üstəlik, bunu nəzarətində olan KİV vasitəsilə yayınlayır. Dolayısı təsir prinsipi ilə hər bir azərbaycanlıya çatdırılır ki, onun ölkəsində iqtidar-müxalifət mübarizəsi gedir; hətta tərəflər də açıq-aşkar göstərilir.

Əslində bu, müxalifət üçün ideal durumdur; hakimiyyət onun əvəzindən cəmiyyətə tərəflərin birinin yanında yer almaq təklifi edir. Hansı ki, müxalifətin özünün bu təklifi ictimaiyyətə çatdırmaq üçün imkanları məhduddur. Lakin görünən budur ki, hakimiyyət çox qətiyyətli və həvəsli şəkildə “küçə işi”nə girişib və bu siyasi məkanı rəqiblərinə buraxmaq istəmir. İndi artıq onun öz “xalq”ı da var.

Son həftənin demək olar ki, hər günündə aksiya keçirən iqtidar müxaliflərin 2 aprel aksiyasının qarşısının alınmasında da mülki geyimlilərdən - “ictimaiyyətdən” istifadə etmişdi (mitinqləri dağıtmaq üçün istifadə edilən mülki geyimlilərin kimliyi heç vaxt açıqlanmır, ancaq belə təqdim olunur ki, onlar hakimiyyətin tərəfdarlarıdır).

Hakimiyyət düşərgəsində gedən müzakirələr haqda eşidən mənbələr deyir ki, müxalifət tərəfdarlarını YAP tərəfdarları ilə “susdurmaq” taktikası üzərində son və tamamlayıcı iş gedir. Doğrudur, nümayişləri dağıtmaq üçün hakimiyyət əvvəlki kimi polisə, Daxili Qoşunlara stavka etməkdə davam edəcək. Lakin polis və Daxili Qoşunlar mundiri altında nümayişçilərə qarşı qəddarlıqlara əl atılması istənilən halda beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edir. Bu səbəbdən “hakimiyyəti dəstəkləyən gənclər” adı altında mülki geyimlilərdən istifadə edilməsi daha məqbul variant hesab olunur. Bunlar mülki geyimli polis və təhlükəsizlik xidməti agentləri də ola bilər.

Hakimiyyətin ölkəni bürüyən kütləvi etirazlara qarşı öz tərəfdarlarını küçələrə çıxarması taktikasından artıq, qeyd etdiyimiz kimi, Misir, Yəmən, Liviya və Suriyada geniş istifadə edilib. Misirdə H.Mübarək polisin və təhlükəsizlik qüvvələrinin Qahirədəki izdihamlı nümayişləri qarşısında gücsüz qaldığını görəndə mülki geyimli cəza dəstələrini işə saldı və onlarla adamın həlak olması ilə nəticələnən böyük qarşıdurma yaşandı. Mübarək tərəfdarlarının dəvələri minərək müxalifətçilərə hücum çəkdiyini əks etdirən kadrlar hamının yadındadır. Yəməndə də prezident Əli Abdulla Saleh hakimiyyət tərəfdarlarını küçələrə çıxarır və bir neçə dəfə iki düşərgə arasında qanlı toqquşmalar baş verib. Paytaxt Sənada bir neçə həftə əvvəl naməlum mülki geyimlilərin nümayişçiləri gülləboran etməsi nəticəsində onlarla adam ölmüşdü. Hakimiyyət isə yaxasını bu hadisədən kənara çəkməyə çalışaraq atəş açanların kimliyini “araşdırmağa” başlamışdı. Suriyada isə etirazlar genişlənən kimi hakim “BƏƏS” rejimi ölkənin hər yerində prezident Bəşər Əsədi dəstəkləmək üçün nümayişlər təşkil etməyə başladı.

Belə görünür, bu taktika Azərbaycan hakimiyyəti üçün də simpatikdir. Doğrudur, hakim rejimlərin öz adamlarını küçələrə çıxarması bir çox hallarda effekt vermir və onlar izdihamlı kütlə qarşısında aciz qalırlar. Lakin hər halda sınanmış taktika, hazır texnologiyadır və görünən budur ki, bizim hörmətli YAP-çılar bundan geniş faydalanmağı düşünür.

İctimai Palatada təmsil olunan tanınmış ekspertlərdən biri isə bu cür davranışı iqtidarın ən böyük səhvi hesab edir. O deyir ki, indiki halında İctimai Palata bu hakimiyyəti devirmək istəmir: “Biz real islahatlar istəyir və tələb edirik. Hakimiyyət isə vəziyyəti olmayacaq qədər dramatikləşdirir. Biz hələ YAP-ın və Prezident Administrasiyasının qarşısına mitinq, piket təşkil etməmişik, etmək fikrimiz də yoxdur. Lakin hakimiyyət artıq bizim evlərimizə, yığışdığımız yeganə ofisimizə dəstə göndərir. Məlumat var ki, bir çox iqtidar mənsubları daha böyük küçə nümayişlərinə , yürüşlərinə hazırlaşırlar. Bu, durumu daha da gərginləşdirir, bütün ölkədə ictimai qıcıq yaradır və cəmiyyəti xaosa, qisasçılığa dəvət edir. Müxalifətin də imkanları var ki, bir neçə yüksəkvəzifəli məmurların evlərinin qarşısında, YAP binasının önündə piketlər təşkil etsin. Lakin bütün bunlar bizim hədəfimiz deyil. İqtidar ərəb tiranlarının aqibətindən dərs götürsün. Azərbaycan hakimiyyəti yıxılan və yıxılmaqda olan ərəb rejimlərinin heç birindən güclü deyil. Enerjisini islahatlara həsr etsin və müxalifətlə danışıqlara başlasın”.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter