English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

GƏNCLƏR APRELİN 30-na AKSİYA TƏYİN ETDİ

AZOH: Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il, aprelin 30-da baş vermiş faciənin ildönümü ilə bağlı gənclərin aksiyası elan olunub. qafqazinfo.az saytının məlumatına görə, bununla bağlı Facebook sosial şəbəkəsində qrup yaradılıb, aksiyanın yeri və vaxtı göstərilib.

“30 aprel - ADNA hadisəsinin ildönümü” qrupu elan edib ki, onlar tələbə və gəncləri aprelin 30-da Cəfər Cabbarlı heykəlinin ətrafında toplanmağa çağırır. Aksiyanı “Nida” Vətəndaş Hərəkatı və Azad Gənclik Təşkilatı təşkil edəcək. Qrupun məlumatlarında yazılır: “Sizi 30 aprel, 2011-ci ildə hüznümüzü birgə qeyd etməyə çağırırıq. Hamımızın bəlası terrorizmin qurbanları olan həmyaşıdlarımıza, həmvətənlərimizə hüznümüzü birgə tutaq. Biz məhz birlikdə olanda terrora qarşı daha güclü oluruq! Hamımız əlimizə qara bağlayaq. Anım mərasimindən sonra hamılıqla ilk şəhid olan gənclərimizin qəbirlərini ziyarət edəcəyik, sonra isə ailələrinə də baş çəkəcəyik”. Artıq sosial şəbəkələrdə sürətlə yayılan bu aksiya haqda məlumata müsbət reaksiyalar var. Əsasən də tələbələr aprelin 30-da aksiyaya qoşulacaqlarını deyirlər

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter