English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

BERLUSKONİ KORRUPSİYA İTTİHAMI ÜZRƏ İFADƏ VERİB

AZOH: İtaliyanın baş naziri Silvio Berluskoninin başı qalmaqaldan açılmır.

18 yaşı tamam olmamış qızla pul qarşılığında cinsi əlaqəyə girməkdə ittiham olunan baş nazir dünən də məhkəmədə korrupsiya ittihamı üzrə ifadə verməli olub.

Berluskoninin vəkillərinin məhkəmədəki müdafiə çıxışı 2,5 saat davam edib.

Berluskoni isə iclasdan öncə və fasilələrdə verdiyi açıqlamalarda bu prosesi vaxt itkisi kimi dəyərləndirərək nə dəlil, nə də sənəd olmadığını bildirib.

Haqqındakı iddiaları rədd edən Berluskoni solçu media partonlarının qurduğu oyunla qarşı-qarşıya olduğunu deyib.

Baş nazir ittihamçıları da İtaliyanın güclü olmasının vacib olduğu bir zamanda həm ölkəyə, həm də ona çamur atmaqda ittiham edib.

Məhkəmə binasının qarşısında isə baş  nazirin tərəfdarları mitinq keçirib.

Qeyd edək ki, Berluskoninin şirkəti qurduğu  firmalar vasitəsilə İtaliyadakı film və televiziya haqlarını satın almaqda, vergidən yayınmada və gizli fondlar yaratmaqda ittiham edilir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter