English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

آذربایجان سوسیال دموکرات پارتی سی نین باش ساغلیقی مئساژی

Dəyərli yurddaşlar!

Sevimli bacı qardaşlar!

Dərin üzüntü və ürək ağrısıyla vətənimiz Azərbaycanın Vərziqan,Əhər,Heris, Kəleybər,Təbriz və başqa şəhər və çevrələrində baş verən dəhşətli zəlzələnin acı xəbərini aldıq.Bu böyük faciə və fəlakətin nəticəsində alınan son bilgilərə görə,200- dən artıq insanımız ölmüş və 3000-nə yaxın yaralanmış,minlərlə bacı qardaşımız dağılan evlər və xarabalıqların altında qalaraq ölüm-qalım mücadiləsi verməkdə,yüzlərlə kəndimiz də yerlə bir olmuşdur

.

Faşist İran İslam rejimi, belə bir dəhşətli zəlzələnin ardından bu faciənin xəbərlərini ən həssas və acil bir zamanda baykot edərək,onun bütün ölkədə yayılmasının qarşısını almış və çox önəmsiz bir xəbər kimi sadəcə neçə saniyəlik xəbərini yaymışdır.Az da olsa təəcübli burasıdır ki,İşqalçı Fars rejiminin Güney Azərbaycanın Təbriz,Urmu, Ərdəbil,Zəncan və başqa şəhərlərindəki Səda və Sima deyilən televiziyasının, bu haqda tamamilə susmasıdır.

Bu zəlzələnin üstündən neçə saatlar geçsədə nəinki Tehran,hətta belə Təbriz başda olmaq üzrə Güney Azərbaycanın şəhərlərində olan Qırmızı Aypara qurumu, Valilik,Ordu və başqa dövlət orqanları və sorumluları tərəfindən heç bir ciddi yanaşma olmamış və bu fəlakətlə qarşı-qarşıya gələn on minlərlə acilən yardım gözləyən insanlara heç bir yardım əli gəlməmiş və onlar ona tamamilə laqeyd qalmışlar.Buda bir daha çox aydıncasına göstərir ki, vətənimizdə yuva salan Fars faşizmi və onun qulluğunda olan bütün cinayətkar təşkilat və orqanlar,yalnız və yalnız Türk millətimizin qanını töküb,yürütdüğü öz müstəmləkəçilik siyasətilə ancaq onun yeraltı və yerüstü sərvətini qarət edib və vətənimizi xarabazarlığa çevirməklə məşqul olmuşlar.Necə ki,Faşist İran İslam rejimi neçə ildir ki,Urmu Gölünü planlı şəkildə qurutmaqla Azərbaycan adında bir ölkə və Azərbaycan Türk milləti adında böyük bir varlığı yer üzündən bir dəfəlik silib yox etmək istəyir.Buda,onların bizə qarşı olan irənc və ziddi bəşəri niyyətlərini açıqcasına ortaya qoymaqdadır.

Azərbaycan sosial demokrat partisi(güney), bütün Türk millətini bu ağır və çətin gündə öz birlik və bərabərliyini saxlamaqla yanaşı, hər kəsi fəlakətzədə bölgələrdə belə bir dəhşətli faciəylə üzləşən bacı qardaşlarımıza öz madi və mənəvi yardımdlarınan əsirgəməməyə çağırır.Biz bu böyük fəlakətdə canlarını əldən verən bütün insanlarımıza tanrıdan rəhmət diləyib və əzizlərini əldən verən bacı qardaşlarımız və onların bütün ailələri başda olmaqla Türk millətimizə bu kədərli hadisəni böyük üzüntü ilə baş sağlığı deyib və qalanlara can sağlığıyla birlikdə səbir və dözüm arzu edirik.

Azərbaycan sosial demokrat partisi(güney)

11 Avqust 2012 (22.05.1391)

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter