English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Mübarəki və oğullarını tutdular

AZOH: Misirin keçmiş prezidenti Hüsnü Mübarək 15 günlüyünə həbs olunub.

Bu, onun hakimiyyəti dövründə dinc nümayişçilərə atəş açılması, eləcə də korrupsiya ittihamları ilə bağlı araşdırmanın aparılması üçündür.

Mübarəkin iki oğlu - Qamal və Alaa da 15 günlüyünə həbs edililblər.

Onları da eyni ittihamlarla bağlı sorğu-sual edəcəklər.

Mübarək həbs xəbərini Şərm-əl Şeyx şəhərindəki xəstəxanada qarşılayıb

İstefaya gedəndən sonra keçmiş prezident həmin kurort şəhərinə qaçmışdı.

Aprelin 12-də keçmiş prezident ürək tutmasından şikayət etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Amma dövlət qəzeti olan "Əl-Əhram" yazır ki, Mübarək sadəcə həbsxanaya düşməmək üçün özünü xəstəliyə vurub.

Təhlükəsizlik orqanlarının əməkdaşları Mübarəkin yerləşdirildiyi xəstəxananı qoruyurlar.

Şərm-əl Şeyxdə Mübarəkin yatdığı xəstəxana. 13 aprel 2011Onlar ehtiyat edirlər ki, Mübarəkin tərəfdarları xəstəxanaya hücum çəkə və keçmiş prezidenti azad edə bilərlər.

Xəstəxananın qarşısında isə bir qrup müxalifətçi etiraz aksiyası keçirib və

Mübarəkin əlinin qana batması haqda şüarlar səsləndirib

Bu ilin yanvarından fevralına qədər Misirin Qahirə şəhərindəki mərkəzi meydanda davam etmiş və Mübarəkin istefasına gətirib çıxarmış kütləvi aksiyalarda yüzlərlə adam ölmüşdü.

Polis aksiyaçılara atəş açmışdı.

Rəsmi rəqəmlərə görə, ölənlərin sayı 400-ə yaxındır.

Hüquq müdafiəçiləri isə real rəqəmin bundan iki dəfə böyük olduğunu deyirlər.

Həkimlər Mübarəkin vəziyyəti haqda detallı məlumat vermirlər.

MENA agentliyi isə xəbər verir ki, 82 yaşlı Keçmiş prezidentin vəziyyəti yaxşılaşan kimi həbsxana kamerasına salınacaq

Mübarəkin oğulları Alaa və Qamal (sağda) 6 oktyabr 2010Mübarəkin oğulları Qamal və Alaa-nı isə Qahirə yaxınlığındakı Tora həbsxanasına salınıb.

Məlumatlara görə, bir qrup insan qardaşları həbsxanaya aparan maşına daş, su qabı və ayaqqabılarını atıblar.

Həbsxanada qardaşlara ağ məhbus paltarı verəndə isə onlar şoka düşüblər.

Tora həbsxanasında Mübarək komandasının keçmiş üzvləri - sabiq spiker, daxili işlər naziri, hakim partiyanın baş katibi və başqa keçmiş məmurlar da var...

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter