English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

MTN-in İKİNCİ ADAMI İŞDƏN ÇIXARILDI

AZOH: General Əli Nağıyevin vurulmasının rəsmi səbəbi açıqlanmır, amma onun islahat kampaniyasına qurban verildiyi ehtimal olunur

Milli təhlükəsizlik nazirinin birinci müavini, general-mayor Əli Nağıyev tutduğu vəzifədən azad edilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ə.Nağıyev hakimiyyətin “kadr islahatları” çərçivəsində işdən kənarlaşdırılıb. Onun konkret hansı nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıldığı haqda məlumat ala bilmədik.

Nəzərə çatdıraq ki, hakimiyyətin bəyan etdiyi “islahatlar” kampaniyası çərçivəsində Əli Nağıyev vurulan ilk iri vəzifəli məmurdur. Ə.Nağıyevin işdən çıxarılması korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi də ola bilər.

O, uzun illərdir bu postda çalışırdı və peşəkar çekist kimi tanınırdı. Əslən Naxçıvandan olan Ə.Nağıyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə Eldar Mahmudov nazir təyin olunandan - 2004-cü ildən sonra yüksəlmişdi. Namiq Abbasovun dövründə isə o, MTN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik edib. Hansı ki, həmin vaxtlarda E.Mahmudov Daxili İşlər Nazirliyində iqtisadi cinayətkarlığa qarşı mübarizə ilə məşğul olub və onların münasibətləri də buradan yaranıb.

Ə.Nağıyevin adı bir sıra qalmaqallı məsələlərdə və biznes çəkişmələrində hallanıb. Hətta ondan prezidentə çoxsaylı şikayətlər də edilib. Ə.Nağıyevin bir sıra iri şirkəti, ticarət obyektləri var. Onun əsas obyektləri isə Nizami rayonunda yerləşir. Bundan başqa, iddialara görə, “Eyfel” tikinti şirkəti də ona məxsusdur. Həmin şirkəti onun qardaşı Vəli Nağıyevlə Əli Həziyev adlı şəxs idarə edir. Bu şirkətlə bağlı da bir müddət öncə prezidentə şikayət olunmuşdu. Bir il öncə isə Ə.Nağıyevin adı 10 milyonlarla avronun ölkədən çıxarılması ilə bağlı qalmaqalda gündəmə gəlmişdi.

Həmin vaxt bu pulların qanunsuz olaraq ölkədən çıxarılması əməliyyatında iştirak edən MTN-in Heydər Əliyev adına Bakı Hava Limanındakı şöbəsinin rəisi İlqar Nağıyev işdən uzaqlaşdırıldı. Onun soyadının uyğunluğu səbəbindən həmin vaxt milli təhlükəsizlik nazirinin birinci müavininin adı bu qalmaqalda da hallandırıldı.

Ə.Nağıyevlə bağlı başqa bir qalmaqallı hadisə isə onun on milyonlarla dollarının Ahmedov & Co şirkətində batması ilə bağlı idi. Bu şirkətin rəhbəri E.Əhmədov Ə.Nağıyev də daxil olmaqla, bir sıra imkanlı adamlardan topladığı 100 milyon dolları oğurlayaraq Birləşmiş Ərəb Əmirliklərinə qaçmışdı.

Ə.Nağıyev MTN və DİN sistemində ən qollu-budaqlı generallardan biri idi. Onun güc strukturlarında və başqa dövlət qurumlarında onlarla yüksək vəzifə tutan adamı var.Son illərdə onun MTN rəhbərliyi ilə ciddi konfliktinin olması və ciddi işlərdən kənarda saxlanması da gələn xəbərlər arasındadır.

AZADLIQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter