MHP LİDERİ "XOCALINI UNUTMAQ OLMAZ" DEDİ
AZOH: Ermənilərin Xocalıda törətdiyi qətliamın 19-cu ildönümündə Türkiyənin ana müxalifət partiyası MHP-nin lideri, xalqımızın böyük dostu Dövlət Bağçalı media önündə açıqlama verib. Cənab Bağçalı deyib ki, sərhədlərimizi açmaq üçün fürsət gözləyən siyasi iqtidarın həm Şərq Anadoludakı soyqırımı, həm də Xocalı qırğınını əsla xatirindən çıxarmaması lazımdır.
Bu barədə Türkiyə mediasında xəbərlər dərc olunub.
Bildirilir ki, MHP lideri adını çəkməsə də, prezident Abdullah Gülü tənqidi çıxışının hədəfinə çevirib. Bağçalı deyib: "Tariximizi ermənilərə sorğuladanlar, əcdadımızın alçaq görülməsinə çanaq tutanlar və futbol matçı bəhanələriylə Türkiyənin milli iddialarını ermənilər qarşısında aciz bir vəziyyətə salanlar, əsasən keçmişdən heç dərs almayan yazıq zehniyyətlərdir".
Dövlət Bağçalı sözünə bu cür davam edib: "Türk millətinə soyqırımçı nişanı vuraraq illərdən bəridir böhtan, iftira və qurama ssenarilərlə ölkəmizi beynəlxalq birliyini nəzərində töhmət altında buraxan erməni zehniyyətinin reallaşdırdığı cinayətləri görməzliyə və anlamazlığa vurmaq insanlığın gördüyü ən böyük ikili standartlardan biridir. Türkiyənin torpaq bütünlüyünü sorğulama cürəti göstərən və hər fürsətdə düşmənlik duyğuları sərgiləyən İrəvan rəhbərliyinin illərdən bəri azərbaycanlı qardaşlarımıza böyük əziyyətlər etdiyi bir həqiqətdir".
AZADLIQ