English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

NƏCMƏDDİN ƏRBAKAN VƏFAT ETDİ

AZOH: Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan bu gün 85 yaşında vəfat edib. Səadət Partiyanının sədri olan baş nazir bu gün yerli vaxtla 11.40-da müalicə aldığı Güvən xəstəxanasında yaşamını itirib.

Türkiyənin indiki prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Nəcməddin Ərbakanın siyasi yetirmələridir.

Nəcməddin Ərbakan 1926-cı ildə Sinopda doğulub. İbtidai məktəbə Kayseridə gedib. Atasının Trabzona təyin olması səbəbindən ibtidai məktəb təhsilini orada tamamlayıb. 1937-ci ildə İstanbulda liseyində orta təhsilinə başlayıb,1943-cü ildə birinciliklə bitirib.

1948-ci ildə İstanbul Texniki Universitetinin maşın fakültəsindən məzun olub.

1951-ci ildə Aaçen Texniki Universitetində elmi araşdırmalar aparıb, 1.5 il təhsil alıb.

1953-cü ildə dosentlik imtahanını vermək üçün İstanbula dönüb. İmtahan nəticəsində 27 yaşında Türkiyənin ən gənc dosenti olub.

1954-1955 illərdə hərbi xidmət keçib. Halıcıoğlundakı istehkam baxım bölüyünde 6 ay kiçik leytenant, 6 ay da leytenant olaraq vəzifə yerinə yetirib.

1965-ci ildə professor olan Ərbakan 1967-ci ildə evlənib.

1970-ci ildə Milli Nizam Partiyasını qurub. 1971-ci ildə qiyamçıların təzyiqi ilə bu partiya bağlanıb. 1972-ci ildə Milli Salamatlıq Partiyasını yaradan Ərbakan 1973-cü il seçkilərində 12 faiz səs alaraq, 48 millət vəkili və 3 senatorluq qazanaraq 51 parlamentarla Məclisə girib.

1974 ilin əvvəlində MSP-CHP koalisiyasının pozulmasından sonra qurulan dördlü koalisiyada iştirak edən Ərbakan baş nazir müavini vəzifələrini boynuna götürüb. 4 il hökumət ortağı olub.

1980-ə qədər müxalifətdə qalan Ərbakanın 12 sentyabda baş verən hərbi çevrilişin nəticəsində siyasi fəaliyyətinə qadağa qoyulub və o, aktiv siyasətə bir də 1987-ci ildə qayıdıb. 1991-ci seçkilərində Konyadan yenidən millət vəkili seçilib.

1995-ci il seçkilərində təkrar Konyadan millət vəkili seçilərək məclisə üzv olub. Bu seçkilərdə onun başçılıq etdiyi Rifah partiyası 21.7 faiz səs qazanaraq birinci olub. Hökumət qurmaq səlahiyyəti qazanan Ərbakan baş nazir vəzifəsində çalıışıb. Daha sonra Türkiyə generalitetinin təzyiqi ilə istefa verməli olub və Rifah partiyası qadağan edilib.

Ərbakan 2003-cü ildə Səadət Partiyasını yaradıb və partiyanın sədri seçilib.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter