English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

OBAMA QƏZZAFİYƏ SON XƏBƏRDARLIĞINI ETDİ

AZOH: “Liviya diktatoru istənilən halda devriləcək”; BMT Təhlükəsizlik Şurası bunun üçün yeni qətnamə də çıxara bilər

ABŞ prezidenti Barak Obama beynəlxalq koalisiyanın Liviyada apardıqları əməliyyatların dalan dirəndiyi haqda fikirlərlə razıdır. Fransa müdafiə naziri Jerar Lonqe isə hesab edir ki, bu cür davam edə bilməz və hərbi əməliyyatları Qəzzafinin özünə qarşı yönəltmək lazımdır. Liviyaya ilk hava zərbələri endirən ölkə olan Fransanın hərbi naziri hesab edir ki, əməliyyatların uğurla başa çatdırılması üçün BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinin çıxarılması istisna deyil.

“Aydındır ki, 1973 saylı qətnamədə Qəzzafinin gələcəyi ilə bağlı heç nə deyilmir. Lakin üç iri ölkə lideri bu ortaq mövqedə birləşib ki, Qəzzafi hakimiyyətdən getmədən Liviya əhalisinin təhlükəsizliyini təmin etmək mümkün deyil. Ona görə də BMT TŞ-nin bu mövqeni eşidəcəyini gözləyirik”, - deyə Lonqe bildirib.

Xəbər verildiyi kimi, bir gün əvvəl ABŞ prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Nikola Sarkozi “The Times” qəzetində yayımladıqları ortaq məqalədə bildiriblər ki, hərbi əməliyyatlar Qəzzafi hakimiyyətdən gedənədək davam edəcək.

Prezident Obama dünən növbəti bəyanatla çıxış edərək deyib ki, Liviyada silahlı müxalifət tərəfdarları ilə polkovnikin qüvvələri arasında gedən döyüşlər və NATO-nun bombardmanları dalana dirənsə də Qəzzafinin gedəcəyinə əmindir. ABŞ prezidenti ölkəsinin Liviyada böhrana müdaxiləsinin kütləvi qətliamın qarşısını aldığını deyib. Onun sözlərinə görə, hazırda Liviya üzərində uçuşa qadağan zonanın təmin edilməsi əməliyyatında ABŞ-ın birbaşa iştirakına ehtiyac yoxdur, bununla belə Birləşmiş Ştatlar təchizat, kəşfiyyat və radioelektron mübarizə üzrə dəstəyini davam etdirir.

“Biz etiraf edirik ki, hazırda əməliyyatlar dalana dirənib. Lakin onun başlanmasından bir aydan da az vaxt keçir. Polkovnik Qəzzafiyə qarşı təzyiqlər hər tərəfdən artır. Bizim məlumatlarımıza görə, onun pulu və sursatı tükənir. Hazırda ABŞ-ın strategiyasının dəyişməsinə ehtiyac yoxdur və Qəzzafi getməlidir”, - deyə Obama bildirib. “The Guardian” qəzeti isə yazıb ki, Obama Amerika qüvvələrinin yenidən Liviya əməliyyatlarında ön cəbhədə yer almasını nəzərdən keçirir.

Bu arada “Əl-Qaidə” ilk dəfə Liviyadakı vəziyyətlə bağlı çağırış edib. Terror təşkilatının ikinci adamı Ayman əs-Zəvahiri bildirib ki, Şimali Afrika müsəlmanları Liviyada NATO-nun və Qəzzafinin qüvvələri ilə mübarizəyə qalxmalıdır. “Əgər NATO qoşunları Liviyaya girsə Misir, Tunis, Əlcəzair və digər qonşu ölkələrin müsəlmanları onlarla mübarizəyə qalxmalıdır. Müsəlmanlar Qəzzafinin muzdlularına qarşı da döyüşməlidir”, - deyə Zəvahiri bildirib. Məlum olub ki, bu çağırış beynəlxalq koalisiyanın Liviyada hava əməliyyatlarına başlamasından əvvəl yazılıb. Qəzzafi bildirir ki, ona qarşı çıxanlar “Əl-Qaidə” üzvləridir.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter