English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiya gölünün 70 faizi quruyub

AZOH: «İran hökumətinin Qərbi Azərbaycan vilayətindəki Urmiya gölünün bərpasıyla bağlı layihələri həddindən artıq ləng gedir». Bunu Qərbi Azərbaycan əyalətinin ətraf mühit idarəsinin rəhbəri Həsən Abbasnejad bildirib. Onun sözlərinə görə, layihələr iki il bundan əvvəl başlasa da, indiyədək vəsaitin ayrılmaması səbəbindən işin gedişində heç bir irəliləyiş müşahidə olunmur. Layihələrin Kənd Təsərrüfatı Nazirliyi və Su İdarəsi tərəfindən icra edildiyini deyən Həsən Abbasnejad deyib ki, Urmiya gölünün 70 faizi quruyub: «Bu isə gölün durumunun bərbad olmasını göstərir. Layihələrin icrası sürətlənməsə, durum daha da ağır olacaq». O vurğulayıb ki, son yağıntıların Urmiya gölünə heç bir müsbət təsiri olmayıb və hövzənin 300 min hektar ərazisi şoranlığa çevrilib: «Son yağıntılar yalnız bir az rütubət yaradıb və bir müddət buxarlanmanın qarşısını ala bilər».

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter