English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

KONQRESƏ TƏQDİM ETDİYİM QƏTNAMƏ HƏLƏ BAŞLANĞICDIR

AZOH: “İran azərbaycanlılarının öz müqəddəratını təyinetmə hüququnun tanınmasına dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyim qətnamə layihəsi məqsədə doğru birinci addımdır”. ABŞ konqresmeni Dana Rohrabaher cümə günü BBC-nin Azərbaycan xidmətinə müsahibəsində belə deyib. Xəbər verildiyi kimi, konqresmen Rohrabeher əvvəlcə İranda yaşayan azərbaycanlıların müstəqilliyinin dəstəklənməsinə dair dövlət katibi Hillari Klintona sorğu verib.

Sorğuya cavab alandan bir neçə gün sonra o, bir qrup konqresmenlə birgə Bakıda səfərdə olub. Bakıdan qayıdandan sonra Rohrabaher İran azərbaycanlılarının müstəqilliyini dəstəkləyən qətnamə layihəsini Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edib. Amerikalı analitiklərə görə, onun təşəbbüsü İran azərbaycanlıları üçün yaxşı heç nə vəd etmir, eyni zamanda indiki həssas məqamda Azərbaycanın xeyrinə deyil.

“Mənim əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır. Biz onu qanun halına salmalı idik ki, həm Birləşmiş Ştatlarda, həm də dünyanın başqa yerlərində geniş debat mövzusu aça bilək. .... Növbəti addım isə Konqresdə qətnamə layihəsi üzərində dinləməyə nail olmaq və qanunverici mərhələlər üzrə irəliləməkdir” deyə konqresmen öz məqsədini izah edərkən bildirib. Rohrabaher eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədridir. Konqresmenin fikrincə, onun təşəbbüsü sərhəd dəyişikliyinin dəstəklənməsi anlamına gəlməməlidir. Sadəcə, o hesab edir ki, Azərbaycanın İran əyalətlərində yaşayan adamların ayrılmaq istədiyini bilib-bilməmək üçün referendum keçirilməlidir: “Mənim mesajım odur ki, azərbaycanlılarla dünyadakı bütün xalqlarla olduğu kimi davranılmalıdır. İlk növbədə onlara öz gələcəklərini müəyyənləşdrimək haqqı verilməlidir... Mən demirəm ki, bu gələcək konkret harada olmalıdır, amma bir şeyə əminəm ki, o, mütləq seçki qutularında, özü də saxtalaşdırılmamış seçkinin nəticələri əsasında müəyyənləşməlidir”.

Onun fikrincə, əsas məsələ bu insanlara milli kimliklərini, mədəni haqlarını müəyyənləşdirmək imkanı verməkdir: “Azərbaycanlılar səs vermək, seçmək və gələcəklərini harada - İranda, Azərbaycan, yoxsa tamamilə müstəqil bir ölkədə gördüklərini özləri müəyyənləşdirmək iqtidarında olmalıdırlar. Bu, onların təməl haqlarıdır və dünyadakı başqa xalqlar kimi, onların da bundan bəhrələnmək, öz müqəddəratını təyin etmək hüququ var”, əlavə edib konqresmen.

Rohrabaher həmçinin yada salıb ki, əsasən etnik azərbaycanlıların yaşadığı İran əyalətləri Şərqi və Qərbi Azərbaycan adlanır. Bununla da Tehran hökuməti təsdiq edir ki, azərbaycanlıların vətəni bölünüb. “Bu qanun layihəsi əslində konkret bir məqsədə yönəlib — addım atmaq. Konqresdə müzakirələrin nəticəsindən asılı olmayaraq, bu bir tarixdir və hazırda baş versələr də tarixə yazılır”, deyə o bildirib.

Konqresmen hesab edir ki, beynəlxalq ictimaiyyət bu günlərdə İran azərbaycanlılarının haqları uğrunda qızğın müzakirənin iştirakçısı olub öz münasibətini bildirəcək". “Beləliklə, hazırda biz birinci mərhələdəyik - yəni milli və beynəlxalq müzakirələr... Əsas sual İran azərbaycanlılarının öz müqəddəratını təyin etmək haqlarını tanımaqdır”, deyə o vurğulayıb.

Konqresmen onun təşəbbüsünü tənqid edənlərə də mesaj verib. Belə ki, onu “Azərbaycanlıların məsələsini” qabartmaqla ABŞ-İran gərginliyini, azərbaycanlıların özlərini, eləcə də Bakı-Tehran münasibətlərini risk qarşısında qoymaqda ittiham edənlər var. “Birləşmiş Ştatların tarixi siyasəti xalqlara təcavüzün və onların hüquqlarının pozulmasının qarşısının alınmasından ibarət olub. Mənim mesajım odur ki, xalqa xarici məcburiyyət olmadan, sülh və barış içində yaşayan millətlər birliyində öz statusunu seçmək imkanları verilməlidir”, deyə o vurğulayıb.

BBC-nin Azərbaycan xidmətinin əməkdaşı həmçinin konqresmendən qətnamə layihəsini ötən həftəsonu Bakıya səfərindən dərhal sonra irəli sürməsinin səbəblərini soruşub, belə ki, Azərbaycanın rəsmi siyasəti sözügedən təşəbbüsü inkar edir. Konqresmen Bakıdakı əhval-ruhiyyə ilə “yaxından maraqlandığını” deyib. “Bakıda insanlarla söhbətlərimiz əsasında Azərbaycan xalqının bu ideyaya müsbət yanaşdığının şahidi olduq. Onlar da İranda azərbaycanlıların gələcəyinin seçki ilə müəyyənləşməsinin vacibliyi düşüncəsindədir ” deyə, konqresmen bildirib.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter