English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Filistinin F-dən,Həmrahe əvvəlin Z- inə!- son bölüm- Aydın təğioğlu

İllər boyu Milli kimlik davası aparan İran Türkləri ,zaman içində tarixsəl bir yanaşımla,öz varlığına güvənərək və ikinci səviyə vətəndaşlıq olmamaq üzrə ,özünü Azərbaycanın bir parçası sayaraq ,Güney Azərbaycan milli hərəkatının termini ortaya qoyub və öz haqlarını qorumağa çalışır . bu bir haldadır ki İran rejimi belənçı mədəni və doğal istəklərə qarşı çıxıb , zaman zaman Pan türkism və bölücü kimi ad qoymalar ilə özünü ayaqda saxlamağa çalışmış.

Surətlə dəyişimlərə tanıq olan orta doğu ,bu günkü İran rejiminin əsas dirəyini titrətməyə başlamış və öz etgisini burxmaqda ,durumun ağırlığını ,İran rejiminin reaksiyalarından görmək bir oqədərdə çətin sayılmaz .yaxın geçmişdə orta doğunun bölgəsəl gücü sayılan İran ,artıq çoxlu yerlərdən təhlükə altında və təhdid olunur .

Dünya ticari meydanların qatında İrana ekonomik bloka qoyulması və dəyişik ülkələrdən dövlət elçilərin qovulması,İranın xarici politikası və onun qonşu ülkələrinə yanaşmağın necəliyinə diqqət edərsək ,bu mənfur rejimin çarəsizliyinə daha çox tanıq ola bilərik və bu üzdən illər boyu haqlarını görməzdən gələn fərqlı millətlərin əlinə və ətəyinə sarılaraq,İran içində yeni bir dönəm başlatmış .

İran içində yeni bir dönəmin başlanışı.

Fərasətlı siyasi şəxslərin iş üstünə gəlməsi ,artıq dini liderlərin düşüncə basqısının azalmasına nədən olacaq,niyə ki İran geçici olaraq Liberal üzünü ortaya qoymaq istəyir .bu yeni tutum son çarə olaraq ,İran dövlətinin hər zamanki taktikidir ,ancaq bu səfər daha fərqlı və daha üzün sürəli görünür .əsgidən milli kültürəl çalışmalara və qeyri fars dillərin örgənməsinə xor baxan və qadağa qoyan İran ,günümüzdə Türk dilində mahnıların oxunmasına və dil kursların açılmasına göz yummağı daha olumlu görür ,hətta atdığı bir neçə addımına şahid olmuşuq .Fars dilli və bəzən özluğunu çoxdan unudan muğənilər ,sifariş ilə Türkcə mahnılar oxumağa başlamışkən ,bir oyandan ceb telefonu aracılığı ilə gönüllü olanlara ,aldatmacalı və ovundurucu durumda dil örgətiminə başlmış .bu olanların necəliğinə ,fərqlı baxış açıları yarana bilər ancaq bir neçə gərçəyidə aydınlığa qavuşdurmaq olar .

1-Həmrahe əvvəl-in gördüğü bu iş ,sözdə sadə görünsədə ,onun verdiği sonuçlar ,İran dövləti üçün çox maraqlı və önəmlidir .doğal olaraq Asemilasion siyaseti uyğulanan İran kimi ülkələrdə ,milli kimliyini qoruyan insanların saymağı olunası bir iş dəyil ,hətta İran rejimidə bunda acizdir .tekonloji sayəsində ,kimin Türk və kimin Türk olmadığıda iranda bəlli olmaqdadır .kimliyi bəlli edən bu teknoloji ,Mobile ya cep telefonudur .təbi ki kimliyini sevən birsi ,öz dilinə düşgün olduğu bəllidir və doğma dilində təhsil almadığı üçün ,mobil vasitəsi ilə dil örgənməyi böyük bir qənimət sayaraq ,(Z) hərfini sms olaraq yazıb göndərməği ,ən ucuz və rahat bir yol görür .

Dövlətə bağlı olan bu firma ,əldə olan sanal örgəncilərin sayısını dövlətə rahatca açıqlıya bilər .dövlətə maraqlı olan isə ,əldə olan bu örgəncilərin sayısı və təbi teknoloji sayəsində əldə etdiği adreslər və başqa bilgilərdir ,bu qonu hər hangi bir təhdid və yaxud təhlükəyə nədən sayılmaz ,ancaq İran rejimi üçün lazım olan millətçi qısımın sayısı və yaşadıqları coğrafiyadır.nəzərdə aldığı fərzi düşmənin və ala biləcəği təhlükəni önləmək üçün lazım olan bəlgələr və bilgilər əldə olacaqdır .

2-Bu qonuya başqa cürdə yanaşmaq olar və oda budur ki əgər sanal örgəncilərin sayısı az olursa ,bundan sonra nə edəcəğini daha rahat biləcək və ən önəmlisi budur ki iddia edəcək ki ,30milyondan çox Türk var və dil örgənmək istir və onun rəsmi olmasını tələb və iddia edirsiniz ,ancaq bizim əlimizdə olan statuslara görə dilə maraq göstərənlərin sayısı ,yetərli olmadığı üçün ,dil örgətim sistemini uyqulamaq mümkün dəyildir, təbi ki bu sözü İran rejimin piskolojisini bilərək ortaya qoymaq olar və bunu geçərlı nədən kimi sunmaq olmaz .

3-Toplumsal düşüncələri (əfkar e umumi ) yönləndirmək və milli kimlik davasından caydırmaq və fərqlı baxış açıların yaranması ,bütün sinsiliği və incəliği ilə dəyərlı və sabit düşüncələri istabilsiz və sibatsız qılacaqdır . habelə milli-siyasi təşkilatların ən çox zorlanacağı bir dönəm başlıya bilər ,bu o haldadır ki indilikdədə ,istiqlalçı ,federalçı və İrançı düşüncələrin ən çox vuruşduğu nüqtədir .son zamanların ən popular şuarlarından birisi ,Self determination dır ,bu həssas dönəmdə güclü olan ideoloji qazanacaqdır .bunların arasında ən rahat əldə olan isə İrançılıqdır və ola bilər ki daha olumlu görünsün .

Başqa baxış açılarıda ola bilər ki onlarıda analız etmək mümkündür və ortada mutləq bir doğruluq və yaxud yanlışlıq yoxdur ,lakin mutləq bir qonu var ,və oda budur ki İran dövəti ,öz ərazi bütövlüyünü qorumaq üçün hər cür saxtakarlığa , yumuşalmağa və point utuzmağa hazırdır .

Amerika President seçgilərinin dönəmi yaxınlaşmaqda və bu ərəfədə ,dünyada ki bütün super güclərin fərqlı siyasi çıxışları,şüphəli terorlar ,görüşmələr ,reklam görünüşlü bəyanatlar və zəncir kimi bir birinə bağlı olan olaylar ,günün siyasətini təyin etməkdədir ,ancaq bu olayların çoxu heçdə təsadufi sayılmır .son günlərdə ,pərdə arxası bəzi görüşmələr olundu və bu qeyri rəsmi görüşlərin gərçək üzünü açıqlamağa çalışan sitələr və qəzətlərdən anlamq olar .Amerika Congressman i Dana Rohrabacher in bəyanatı və ardıca Quzey Azərbaycan presidenti ilə görüşmələri olumlu və böyük bir səviyədə Güney məsələsi gündəmə gəlmiş .

Bir yandan ,İsrailin İrana qarşı ihtimali savaşa hazır olduğu və tezliklə öz silahlı quvvələrini bölgədə yerləşdirmə istəyi ,bəzi başqa gizli görüşmələrə və anlaşmalara nədən oldu və digər yandan ,İranda yaşıyan Kürdlərin iki birləşməz siyasi örgütləri bu gün birləşmə soluqanları verməkdədirlər .`hizbi Komele` və `hizbi Demokrate Kürdüstane İranin` sözçülərinin dediklərinə görə ,bir birləri ilə İrana qarşı hər cür əməkdaşlığa hazır olduqlarını bildirmişlər.

Bu qonuya Amerika və İsrailin mudaxiləsi ,İranın onlara qarşı tutduğu siyasət və digər yandan Güney Azərbaycanın bu durumdan necə faydalanmağı ,bizə 3 seçənək buraxmaqda .1- Amrikaya arxalanıb və ona bağlanaraq ,Amerikanın gələcəkdəki müstəmirəsi kimi bağımlı Güney Azərbaycanı yaradmaq .2- İranın mənfur siyasətinə uyaraq ,bir İranlı kimi qalıb İsrailə qarşı savaşaq və yenədə qanımızı və canımızı verdikdən sonra ,hər zaman ki kimi İran müstəmirəsi qalaq . 3-yada ki heç bir yana bağımlı olmadan ,bağımsız olaraq Güney Azərbaycanın dövlətçiliğinə doğru addım ataq .

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter