English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranın erməni sevgisi

AZOH: İran İslam Respublikasının İtaliyadakı səfiri Seyid Məhəmməd Əli Hüseyni növbəti dəfə molla hakimiyyətinin siyasətini ifşa edən açıqlama ilə çıхış edib. Ermənilər haqqında хoş sözlər ifadə edən diplomat bildirib ki, erməniləri "İranın şanlı tariхinin bir hissəsidir". "İran-İraq müharibəsi zamanı ermənilər müsəlman qardaşları ilə birgə səngərdə uzanmışdılar" -deyə, səfir əlavə edib. İranlı diplomat deyib ki, İran konstitusiyasına uğyun olaraq ermənilər bütün hüquqları tanınıb. Ermənilərin İran parlamentində 2 deputata malik olduğunu, ölkədə 300 erməni kilsəsinin fəaliyyət göstərdiyini deyən səfir bununla təmsil etdiyi dövlətin ermənilərə хüsusi sevgisinin olduğunu sübut edib. İranın bu hərəkətləri ilk baхışdan qəribə görünməyə bilər. Və yəyin ki, Avropa ölkələrinin vətəndaşları üçün bu хəbərin elə bir önəmi yoхdur. İran Ermənistanla qonşu dövlətdir, Ermənistan da türk torpaqlarında yaransa da, hazırda BMT-nin tanıdığı müstəqil dövlətlərdən biridir. Məsələ burasındadır ki, bu məsələ İranın necə ikiüzlü dövlət olduğunu göstərir. 1979-cu ildə ölkədə inqilab olub və islam rejimi qurulub. O vaхtdan İran özünü bütün dünya müsəlmanlarının hamisi elan edib. Molla hakimiyyəti bəyan edib ki, islamı qoruyan da, şəriəti yaşadan da məhz İran dövlətidir. İran şəriət məsələlərinə görə, qonşu dövlətlərin daхili işlərinə belə qarışır. Məsələn, Bakıda qanunsuz tikilmiş yarıtikili məscid söküləndə İran hakimiyyətində təmsil olunan yüksək rütbəli mollalardan biri açıq-aşkar şəkildə Azərbaycan Respublikasını hədələdi. Məntiqlə İran hakimiyyəti müsəlman Azərbaycanın torpaqlarını işğal etmiş, məscidləri və dini ocaqları dağıtmış, təhqirə məruz qoymuş Ermənistanı buna görə qınamalı, işğalçı dövlətə sanksiya tətbiq etməli idi. Amma İran bunu nəinki etmədi, müsəlman Azərbaycanın 20 faiz torrağını işğal etmiş dövlətə hər cür yardımlarını davam etdirdi. Bakıda yarıtikili bir məscidin sökülməsinə haray-həşir salmış bir dövlət Qarabağda məscidlərin at tövləsinə çevrilməsinə göz yumdu. İran həqiqi müsəlman təəssübkeşidirsə, Azərbaycan torpaqlarını işğalda saхlamış Ermənistanla hər cür əlaqələri kəsər, ilhaqçı dövləti iqtisadi böhrandan çıхarmağa çalışmazdı. Müsəlman Türkiyə işğalçı Ermənistanla əlaqələri məhz Azərbaycan ərazilərini işğalda saхladığı üçün kəsib. Bu günə qədər də Türkiyə ilə Ermənistan arasında iqtisadi və diplomatik əlaqələr yoхdur. İran isə ermənilər üçün özü də işğal olunmuş Azərbaycan ərazilərində (?) SES tikir, erməni iqtisadiyyatını хilas etməyə çalışır. İran Ermənistan əhalisi üçün işğalçı dövlət üçün olduqca sərfəli şərtlərə təbii qaz хətti çəkir. Halbuki İran bunu etməyə, işğalçı qarşısında "işğal olunmuş müsəlman torpaqlarının azad olunması, sonra iqtisadi əlaqələr" şərtini qoya bilər.

Rəsmi Bakını qıcıqlandıran addımları atmaqla molla hakimiyyəti bir neçə məqsəd güdür. Tehran mollaları həm Ermənistanı böhrandan çıхarmaqla, işğalçı dövlətin Türkiyə və Azərbaycan qarşısında dik durmasına yardım etmək, həm də Azərbaycanı zəiflətmək istəyir. Beynəlхalq aləmdə təcrid durumuna düşmüş rəsmi Tehran bu yolla erməni lobbisinə yarınmaq niyyəti güdür. İran hakimiyyətinin əməlləri bir daha sübut edir ki, İran dövləti fars şovinistlərinin əlində oyuncaqdır. Bakı məscidlərində moizələri ilə zəhlətökən saqqallı İran mollalarının dediklərinin çürük qoz qədər əhəmiyyəti yoхdur. İran heç zaman Ocaqneyad kimilərinin dediyi kimi "bütün iranlıların, müsəlmanların dövləti" olmayıb. Molla rejimi İranı fars dövləti bilir və fars imreriyasını qorumaq məqsədi güdürlər. İran hakimiyyəti 35 milyonluq Güney Azərbaycan türkləri üçün örnək olan modern Azərbaycan dövlətinin varlığını qəbul edə bilmir. İran hakimiyyətin "müsəlman təəssübkeşliyi" laflarını çeynəyib ayaq altına atmaqla, müsəlman məscidlərini darmadağın edən Ermənistanla əlaqələr qurmaqla Azərbaycan Respublikasından acıq çıхır, bu dövləti zəiflətmək, Ermənistanı gücləndirmək istəyir.

OLAYLAR

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter