English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

ABŞ QƏZZAFİ ÜÇÜN SIĞINACAQ AXTARIR

AZOH: Misirin “YAP”-ını ləğv etdilər, Suriyada isə 50 ildir davam edən fövqəladə rejim götürülür

ABŞ administrasiyası əsasən Afrika qitəsində yerləşən bir neçə ölkə ilə Liviya diktatoru Müəmmar Qəzzafiyə sığınacaq verilməsinə dair danışıqlar aparır. “The New York Times” qəzetinin Ağ Evdəki mənbələrə istinadən yaydığı xəbərə görə, Birləşmiş Ştatlar əvvəlki kimi Qəzzafini hakimiyyətdən əl çəkməyə inandırmağa çalışır. Buna görə də cinayətkarların qarşılıqlı təhvil verilməsinə dair beynəlxalq Roma sazişini imzalamayan ölkələrdə ona sığınacaq axtarır. Belə ölkədə Qəzzafi Haaqa Beynəlxalq Tribunalı qarşısında mühakimə olunmaq qorxusu hiss etmədən rahat yaşaya bilər. Haaqa tribunalı Liviyada kütləvi qətliama görə Qəzzafinin barəsində cinayət işi qaldırıb və onu beynəlxalq axtarışa verib. Lakin polkovnikin hakimiyyətdən könüllü əl çəkmək niyyəti yoxdur və o, xarici muzdluların da köməyi ilə öz xalqına divan tutmaqda davam edir.

Liviya müxalifət təmsilçiləri bildirir ki, Qəzzafinin ordusunda Kolumbiyanın marksist terrorçu qruplaşması FARC-ın muzdlu döyüşçüləri yer alır. Həmçinin Misurata yaxınlığındakı döyüşlər zamanı Cənubi Amerika əsilli snayper qadınlar müşahidə edilib. Məlumatlara görə, snayperlər bir gün üçün 1000 dollar haqq alırlar. Polkovnik Qəzzafinin FARC-la çoxdan əlaqələri var. Bir neçə il əvvəl onun bu təşkilata 100 milyon dollar verdiyi haqda məlumatlar var idi. Qəzzafinin ordusunda digər Afrika ölkələrindən, o cümlədən Belarusdan olan muzdluların döyüşdüyü də bildirilir. Xəbərlərə görə, ötən sutka da ölkədə qanlı döyüşlər ara verməyib. Qəzzafinin qoşunları mühasirədə olan Misurata şəhərini yenidən “Qrad” qurğularından atəşə tutub. Onlarla dinc sakinin öldüyü bildirilir. Müxalifət təmsilçiləri deyiblər ki, polkovnikin qoşunları şəhər əhalisini aclıqdan qırmaq üçün bütün ərzaq anbarlarını, çörək zavodlarını, su anbarlarını dağıdır. Dünən ilk dəfə şəhərə beynəlxalq humanitar missiya daxil ola bilib. Missiya şəhərdə hökm sürən vəziyyəti öyrənməyə çalışacaq. Müxalifət qüvvələri isə ölkənin şərq sahillərində neft liman şəhəri Breqanı tutmaq üçün həmlə ediblər. Onlar şəhərə yaxınlaşa bilsələr də Qəzzafinin qüvvələri hücumu dayandıra bilib.

“Washington Post” qəzeti isə xəbər verir ki, NATO ölkələrinin lazerlə hədəfə yönləndirilən yüksək dəqiqlikli bombaları tükənir. Beynəlxalq koalisiya Liviyada mülki əhali arasına tələfatdan qaçmaq üçün bu bombalardan istifadə edirdi. NATO hazırda Liviya əməliyyatlarına 200-ə qədər təyyarə cəlb edib. Onlar Qəzzafi qüvvələrinin tanklarına, hava hücumundan müdafiə obyektlərinə və digər hədəflərə zərbələr endirirlər. Lakin Qəzzafinin ordusu döyüş qabiliyyətini hələ də saxlamaqdadır.

Liviyada döyüşlərin davam etdiyi bir vaxtda Yəməndə də vəziyyət dalana dirənib. Artıq üçüncü aydır bu ölkədə prezident Əli Abdulla Salehin istefası tələbi ilə nümayişlər davam edir. Saleh hakimiyyətdən getməyə razıdır, ancaq yerini müxalifətə yox, vitse-prezidentə vermək istəyir. Fars körfəzi ölkələrinin əməkdaşlıq Şurası onun hakimiyyətdən dinc yolla getməsinə dair plan hazırlayıb. Müxalifətçilər bu plan üzərində müzakirələri davam etdirmək üçün yenidən Səudiyyə Ərəbistanına gediblər.

Etiraz dalğasının baş qaldırdığı Suriyada isə rejim vəziyyəti nəzarət altına almış kimi görünür. Xəbərlərə görə, ölkənin əsas şəhərlərində nisbi sakitlikdir, onlarla nümayişçinin öldürüldüyü Baniyas şəhərinə ordu nəzarət edir. Prezident Bəşər Əsəd bəyan edib ki, 50 ilə yaxındır ölkədə mövcud olan fövqəladə vəziyyət rejimi yaxın bir həftə ərzində ləğv ediləcək. Misirdə isə məhkəmə keçmiş prezident Hüsnü Mübarəkin partiyasının qeydiyyatını ləğv edib və onun fəaliyyətinə qadağa qoyub. Mübarək və iki oğlu hazırda həbsdədir. Ötən həftə onların barəsində 15 günlük həbs qərarı çıxarılıb, istintaq aparılır.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter