English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Daha bir karikatura böhranı

AZOH: Fransanın həftəlik yumoristik jurnalı "Charlie Hebdo" son sayında Məhəmməd Peyğəmbəri təsvir etdiyi iddia edilən karikaturaları dərc edib.

Baş nazir Jan Mark Ayrolt sözügedən karikaturaları qəbul etmədiklərini bildirib.

Baş Nazirlikdən verilən yazılı açıqlamada baş nazirin bu cür radikallıqları qəbul etmədiyi və hər kəsi məsuliyyətli olmağa çağırdığı bildirilib.

Açıqlamada söz azadlığının respublikanın təməl prinsiplərindən biri olduğu qeyd edilib, ancaq bu azadlıqdan qanunların müəyyən etdiyi sərhədlər çərçivəsində istifadə edilməsinin vacibliyi vurğulanıb: "Dünyəvilik, tolerantlıq dəyərləri ilə din və inanc azadlığına hörmət respublika sazişinin mərkəzində dayanan ən mühüm elementlərdir".

Jurnalın baş redaktoru isə bir televiziya kanalına açıqlamasında Həzrəti Məhəmmədi təsvir etdikləri karikaturanın daha əvvəl yayımlanan karikaturalardan daha təhril edici olmadığını söyləyib. Redaktor sonra da "mətbuat azadlığı bir təhrik deyilmi" deyə öz addımını müdafiə edib.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter