English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

“İran Azərbaycanı” qətnaməsi ABŞ-da mübahisələr yaradır

AZOH: Bu yaxınlarda İran azərbaycanlılarının öz müqəddəratını təyin etmə hüqüqunun tanınmasna dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə qətnamə layihəsi təqdim etmiş ABŞ Konqressmeni Dana Rohrabaker Vaşinqtonda farsəsilli iranlıları onun təşəbbüsü ətrafında “spekulyasiyalar etməməyə” səsləyib.

“Gəlin Azərbaycanlıların taleyini öz əllərinə buraxaq... Hamı kimi, onların öz gələcəyini müəyyənləşdirmək haqqı var və bunu heç kəs onlardan ala bilməz”, Konqressmen icma nümayəndələrinə cavablarında deyib.

Öz növbəsində, Amerikalı-İranlılar Alyansı son üç həftə ərzində Konqresə göndərdiyi etiraz məktublarında qətnamə müəllifini “etnik çalarları qabartmaqla, İranı parçalamağa çalışmaqda” ittiham edib.

“Bu yeni ideya deyil – sabiq Konqressmen Jane Harman da 2009-cu ildə buna bənzər təkliflərlə çıxış edirdi”, - müəlliflər yada salır. Müraciətdə ABŞ administrasiyası İranın ərazi bütövlüyünü tanıdığını açıq bəyan etməyə çağrılır.

Respublikaçılar Partiyasını təmsil edən Rohrabaker Kaliforniya nümayəndəsi və Konqresin xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədridir. Bu ilin iyul ayında o, ABŞ dövlət katibi Hillary Klintona məktub yazaraq bildirib ki, azərbaycanlıların vətəni 1828-ci ildə Azərbaycan xalqının razılığı olmadan Rusiya və İran arasında bölünüb.

Ötən həftə onun Komitəyə təqdim etdiyi H.CON.RES.137 qətnamə layihəsi “Azərbaycan və İran arasında bölünmüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan” bəhs edir.

Azərbaycanlılar istəmir?Vaşinqtonlu blogger Ali Gharib ötən həftə Konqressmen Rohrabakerə müraciətində onun təşəbbüsünün azərbaycanlılar arasında dəstək qazandığını şübhə altına alıb.

“Yalnız barmaqla sayılacaq azərbaycanlılar bunu istəyə bilər”, deyib müəllif İran məsələləri üzrə ekspert Alireza Naderə istinadən.

Onun təbirincə, İranda əksər azərbaycanlılar “milli cəmiyyətin” fəal parçasıdır, belə ki, onlar siyasi və mədəni həyata aktiv şəkildə cəlb olunublar, o cümlədən, ölkənin dini lideri və baş müxalifətçisi azərbaycanlılardır.

“Məncə İran azərbaycanlılarının istədiyi, - bütün başqa iranlılar kimi – şəxsi, siyasi və mədəni azadlıqlardır”, deyib müəllif.

Onun fikrincə, qətnamənin arxasında “şəxsi maraqlar” da dura bilər, belə ki, bu sənəd, müəllifin Bakıya səfərindən dərhal sonra ortaya çıxıb.

Öz növbəsində, bloggerə cavabında Konqressmen Rohrabaker sual edib ki, əgər azərbaycanlılar referendumla gələcəklərini İranın tərkibində görəcəklərini bəyan edərlərsə, niyə onlara belə imkan verilməsin?

“Xalqların öz müqəddəratını təyin etmə hüququ İran kimi korrupsiyaya uğramış və zülmkar rejimlər tərəfindən boğulmamalıdır”, deyin Konqresmen.

Təhliçi: Qətmanə Konqressdə ilişə bilər

Konqressmenlə Vaşinqtonun farsəsilli İran fəalları arasında mübahisələrin qızışdığı bir vaxtda BBC-Azərbaycancaya müsahibəsində Texasdakı Stephen Austin Dövlət Universitetinin professoru Michael Tkacik “İran Azərbaycanlıları” qətnamə layihəsinin Konqressin aktiv müzakirəsinə çıxarılması ehtimalının “həddən artıq az” olduğunu deyib.

“Çox güman ki, bu sənəd İrana qarşı əlavə təzyiq vasitəsi olaraq və yaxud sadəcə ola bilsin, Konqresmenin bəzi seçicilərini sakitləşdirmək istəyindən ortaya çıxıb”, təhlilçi əlavə edib. “Cənab Rohrabaker keçmişdə Əfqanıstan, İraq, Çin və İranla bağlı mübahisəli təşəbbüslərlə çıxış edib”, o xatırladıb.

Professorun təbirincə, Obama Administrasiyasının aşağdakı iki səbəbdən “İran Azərbaycanı” qətnaməsini dəstəkləməsi real görünmür: "Əvvəla, ABŞ hökuməti irredintizmi nadir hallarda dəstəkləyir, belə ki, təcrübədə bu kimi hallar, beynəlxalq sülhü təhlükə altına salır".

İkincisi, deyib təhlilçi, “Demokrat administrasiya İranın nüvə proqramına münasibətində respublikaçılarla müqayisədə daha az konfrontasiya güdür”.

“Yox əgər ABŞ İrana hücum etsə, rejim dəyişikliyi məsələsi masa üzərinə gəlməmiş azərbaycanlıların hər hansı planda yer alacağını düşünmürəm”, əlavə edib cənab Tkacik.

Ümumilikdə, onun təbirincə, Vaşinqton Tehranı zəiflətmək üçün bütün kartlardan, o cümlədən azərbaycanlılardan istifadə etmək istərdi. Hərçənd, bu karta ABŞ-ın İranda yalnız nüvə proqramına hesablanan və hakimiyyət dəyişikliyini nəzərdə tutulmadığı planlarda o qədər də yer yoxdur.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter