English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney Azərbaycanda qarşıdurma

AZOH: Qaradağ mahalının Motalıq, Qala kəndi və Abış Əhməd kəndlərində İran təhlükəsizlik qüvvələrilə soydaşlarımız arasında qarşıdurma baş verib. Belə ki, «Sepah»ın üzvü, parlamentin keçmiş deputatı Ərsalan Fəthipur bu təşkilatın yardımı ilə kənd əhalisinin ərazisini ələ keçirib və Motalıqdakı termal sular üçün yeni bina tikib. Bu səbəbdən illərdir termal sulardan istifadə edən bölgə əhalisi bundan sonra ondan faydalanmaq pul ödəməli olacaq. Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi binanın açılış mərasiminə qatılmaq üçün Motalıq kəndinə gedib. Əhali isə vəziyyəti anlatmaq üçün valinin ətrafına toplaşıb və problemi izah ediblər. Bu zaman təhlükəsizlik qüvvələri əhaliyə hücum çəkib. Onlar soydaşlarımızı dəyənəklərlə döyüb və onlara qarşı gözyaşardıcı qaz və plastik güllələrdən istifadə edib. Bununla da həmin kəndlərdə əhali arasında, o sıradan uşaqlar və qadınlar arasında qorxu atmosferi yaranıb. Qarşıdurma zamanı bir çox kəndli yaralanıb və hələ də gözyaşardıcı qazdan əziyyət çəkənlər var. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, hələ də kəndlər təhlükəsizlik qüvvələrinin mühasirəsi altındadır. Qeyd edək ki, son bir ayda ikinci dəfədir Qaradağ mahalı hökumət qüvvələrinin təzyiqinə məruz qalır.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter