English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Urmiyalı deputat zəlzələ bölgəsində işlərin gedişindən narazıdır

AZOH: Sosial şəbəkələrdə Qaradağ zəlzələsindən zərər çəkənlərə yardım toplamağa çalışan vətəndaş həbs olunub. Bu barədə İranın Kiber Polis İdarəsi məlumat yayıb. Ərdəbil şəhərinin Kiber Polis İdarəsinin rəisi deyib ki, qurumun internetdəki fəaliyyətləri nəticəsində sosial şəbəkələrdən birində zəlzələdən zərər çəkənlərə yardım çağırışlarına rast gəlinib və bu barədə bank hesabının yayıldığı üzə çıxıb. O bildirib ki, bank hesabı araşdırılaraq hesab sahibi aydınlaşdırılıb və həbs olunub. Artıq müttəhim istintaq idarəsinə göndərilib.

Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi isə vurğulayıb ki, bölgədə baş verən zəlzələ nəticəsində evləri dağılan ailələr üçün inşa edilən yeni evlər iki həftəyədək hazır olacaq. Onun sözlərinə görə, on min ailə üçün inşa edilən yeni evlər soyuqlar düşməmiş tam hazır şəkildə təhvil veriləcək: «Zəlzələdən zərər çəkənlər üçün tikilən yeni evlərin inşası sürətləndirilib və iki həftəyə qədər tamamlanıb vətəndaşlara təhvil veriləcək. Fəlakət bölgəsində yaşayan əhali üçün xüsusi kreditlər ayrılıb. Kreditlərin bir hissəsi qarşılıqsız olaraq yardım şəklində verilir».

Bu arada İran parlamentinin sədri Əli Laricani Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərər çəkmiş bölgəsinə səfər edib. O, əsasən Heris şəhərinə bağlı Keviç kəndində olub. İran parlamentinin spikeri kənd camaatının problemlərini dinləyib, zəlzələ bölgəsinin abadlaşdırılması və yenidən qurulmasının zəruri olduğunu deyib, dağılmış evlərin tezliklə tikilib zərər çəkənlərə təhvil verilməsinin vacibliyini vurğulayıb. Ümumilikdə 270 ailənin yaşadığı Keviç kəndində zəlzələ nəticəsində 13 nəfər həlak olub.

Urmiya şəhərini İran parlamentində təmsil edən millət vəkili Abid Fəttahi Qaradağda baş verən zəlzələ bölgəsinə baş çəkdikdən sonra bildirib ki, bu günədək zəlzələ bölgəsində ciddi iş görülməyib, görülən işlər ancaq mətbuat səviyyəsindədir. Onun sözlərinə görə, zəlzələdən zərər çəkənlərin əsas problemi daimi yaşayış yeridir: «Bununla bağlı isə heç bir iş görülməyib və görülən işlər sadəcə mətbuat səviyyəsindədir. Əhali soyuqda, küçə-bacada və çadırlar altında qala bilməz və dövlət soyuqlar başlamamış bu problemi aradan qaldırmalı və daimi yaşayış yerləri tikməlidir. Eyni zamanda kənd əhalisinin mal-qarasına da bir tədbir alınmalıdır».

Vərziganın səhiyyə şöbəsinin rəhbəri Məhəmməd Mirzəpur da zəlzələdən zərər çəkənlərin probleminə toxunub: «Əgər əhali çadırlarda yaşamalı olsa, tənəffüs yolu xəstəlikləri və yanıq halları artacaq. Ona görə də daimi yaşayış evlərinin tikilməsi məsələsi tezliklə həll olunmalıdır».

Xatırladaq ki, avqustun 11-də Şərqi Azərbaycan vilayətinə bağlı Heris, Əhər və Vərzigan şəhərlərində 6.2 bal gücündə baş vermiş zəlzələ nəticəsində rəsmi rəqəmlərə görə 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter