English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Milli fəalların işi məhkəməyə göndərilib

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Əfsanə Toqir, Vahid Həbibçeşmə, Vahid Rastqu və Məhəmməd İskəndərzadənin işi Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinə göndərilib. Azərbaycanlı fəallar «Susma» dərgisini nəşr etdirməkdə şübhəli bilindikləri üçün həbs olunublar. Məhəmməd İskəndərzadə mayın 20-də, Əfsanə Toqir mayın 21-də, Vahid Həbibçeşmə iyunun 21-də və Vahid Rastqu iyunun 27-də tutularaq «Ettelaat»ın təcridxanasına aparılıblar. Daha sonra onlar Təbrizin mərkəzi zindanının «metodon» və «kardərmani» bölümlərinə köçürülüblər. Əfsanə Toqir 23 gün işgəncələr altında saxlanıldıqdan sonra 50 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb. Lakin digər milli-mədəni fəallar həbsdə saxlanılır və onların saxlanma qərarıyla bağlı etirazlarına Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində hələ də baxılmayıb. Son məlumata görə, milli fəalların işi Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinə göndərilib. Azərbaycanlı fəallar ölkənin təhlükəsizliyini pozmağa cəhd göstərmək və sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılır.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter