English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Təbrizdə təhsil ocaqlarının açılış günü ilə bağlı Bildirilər yayılıb

İran və Güney Azərbaycanda məktəb və bütün təhsil ocaqları açılmaq üzrədir.Hər il olduğu kimi bu ildə ana dilinin qadağan edildiyi Güney Azərbaycanda əhali öz etirazını müxtəlif formalarda çatdırmaqdadır. Sentyabrın 22-i (mehrin 1-i) İranda məktəblərin açılış günüdür. Artıq bununla əlaqədar Təbrizdə çoxsaylı Bildirilər yayılıb.Təbrizin Abbasi, Rüşdiyyə, Bağmeşə, Zəfəraniyy, erəm və digər məntəqələrində 5000-dən çox Bildiri yayılıb. Bu barədə “Azoh” saytı məlumat yayıb.

Azərbaycanlı fəallar tərəfindən yayılan Bildirilərdə soydaşlarımızdan istənilib ki, “6-cı gün (şənbə günü) sentyabrın 22-də (mehrin 1-də) Ana Dilində təhsilin qadağan edilməsi və İran rejiminin digər ayri-seçkilik siyasətlərinə qarşı etiraz etsinlər”. Bildirilərdə vurğulanıb ki, “birinci gün (şənbə günü) təhsil ocaqlarına gedilməməli, evlərdən çölə çıxılmalı və fars dilində danışmaqdan imtina edərək etirazlara dəstək verilsin”.

Məlumata görə, Bildirilər Azərbaycanın digər böyük şəhərləri o cümlədən Urmu, Həmədan, Ərdəbil, Sulduz və s. Şəhərlərində də yayılıb.

http://newsaze.com/x601b601rl601r_t601brizd601_t601hsil_ocaqlarinin_acilis_gunu_il601_bagli_bildiril601r_yayilib-l-12-sayfa_id-666-id-116593

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter