English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Iranda oxulların açılış günü münasibətinə, İsveçdə etiraz aksiyası Keçirildi+ şəkillər

AZOH: Güney Azərbaycan Demokrat Partıyasının (GADP) çağırışı asası ilə, 22 sentiyabr (1 mehr) tarixində İsveçin Yötebori/Göteborg şəhərində yaşayan Azərbaycanlı və digər millətlərdən olan azadlıqsevər insanlar şəhərin mərkəzində etiraz aksiyası keçirdilər.

1 Mehr (22 Sentiyabr) İranda məktəblərin açılış günüdür. Milyonlar Azərbaycanlı uşaq bu gün məktəbə ayaq qoyaraq, məcburi halda fars dilini öyrənməyə başlayır. İran öyrətim sistemi, ölkədə yaşayan qeyri fars millətləri aşağılayraq, uşaqların öz dillərini atıb farslaşdırması yönündə əməl edir. Buna etiraz olaraq, aksiya iştirakçıları müxtəlif pankardlar, siloganlar və danışıqlarla İsveç əhalısinin diqqətini cəlb elədilər.

Digər tərəfdən 22 sentiyabr Güney Azərbaycanın Əhər – Vərziqan zəlzələsində ölənlərin qırxıncı günü ilə təsadüf edirdi. Aqustın 11-də baş verən zəlzələdə İran rejiminin qərəzli ehmalı nəticəsində ölənlərin sayısı çoxalmış və hal-hazırda da dəprəmzədələrin dayanılmaz şəraitinə baxmayaraq, iran rejimi əhalinin yardımına belə əngəl törədir. Həmin məsələ aksiyanın səbəblərindən biri olaraq, çağırışında vurğulanmışdı ki, bunula bağlı iştirakcılar dəprəm zədələrin şəkillərini nümayiş etməklə, iran şovinist rejimini qınadılar.

Ələhvaz ərəb fəallarının qatılması, aksıyanı daha da sanballı etmişdi. Azərbaycan milli hərəkatı ilə yaxın ilgidə olan ərəb fəalları, İranda ərəblər və türklərə yönəlik olan irqçılıq, Ərəb aktivistlərini qondarma səbəblərlə ölüdürmələri, birlikdə, bir səslə qınadılar. Həmin məsələyə şahid olan bir neçə şovinist elemanı qızaraq, qeyri mədəni şəkild mitinqin intizamını pozmağa çalışdılar. İştirakçılar isə yüksək səsli siloqanlarla onları susduruldular.

Bir saat sürən aksiyada İngiliz dilində hazırlanmış yazı, camaat arasında paylandı.

AZOH

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter