English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney Azərbaycan siyasi məhbuslar günü

AZOH: Güney Azərbaycanda milli-mədəni fəallar azərbaycanlı siyasi məhbuslar gününü, eləcə də iyulun 19-da anadan olmasına baxmayaraq, siyasi məhbus, hüquq müdafiəçisi və jurnalist Səid Mətinpurun də ad gününü qeyd ediblər. Səid Mətinpuru hörmətlə yad edən milli-mədəni fəallar bu münasibətlə Xiyavda azərbaycanlı fəal İbrahim Rəşidi Savalanın evinə toplaşıblar. Mərasimdə Mehdi Üsuli ad günü münasibətilə çıxış edib və bu günün azərbaycanlı siyasi məhbusların günü kimi seçilməsi səbəblərindən danışıb. O, Səid Mətinpurun şəxsi özəlliklərilə bağlı ətraflı söhbət edib. Həmid Qurbanəlizadə çıxışında bildirib ki, azərbaycanlı siyasi məhbuslar millətin səsini əks etdirirlər. Ona görə də Azərbaycan türkləri onları doğru-düzgün qiymətləndirməlidir. İbrahim Rəşidi Səid Mətinpurun millətimizin milli haqları uğrunda mücadilədə təsir imkanlarından danışıb və hakimiyyətin məhz bu səbəbdən onu həbs etdiyini vurğulayıb. Mərasim iştirakçıları bütün azərbaycanlı siyasi məhbuslara azadlıq arzulayıblar.

Bundan başqa, bir qrup zəncanlı milli-mədəni fəal da Səid Mətinpurun ad gününü qeyd ediblər. Onlar Səid Mətinpurun evinə gedərək, onun ailə üzvlərilə geniş söhbət ediblər. Azərbaycanlı milli-mədəni fəallar siyasi məhbusun ailəsini onun ad günü münasibətilə təbrik edib. Bütün mərasim iştirakçıları, o cümlədən Rza Abbasi siyasi məhbusun hüquqları və şərti azadlığa buraxılması ətrafında fikir mübadiləsi aparıblar. Onlar qanuna istinad edərək bildiriblər ki, Səid Mətinpur 8 illik azadlıqdan məhrumolma müddətinin yarıdan çoxunu çəkdiyi üçün şərti azadlığa buraxılmalıdır və qanun buna imkan verir. Eyni zamanda Güney Azərbaycanın başqa şəhərlərində də oxşar mərasimlər keçirilib. Yüzlərlə azərbaycanlı fəal Təbriz, Marağa və Urmiya şəhərlərində azərbaycanlı siyasi məhbusların gününü xüsusi təntənəylə qeyd ediblər. Mərasimlərdə şeirlər oxunub və mövzuyla bağlı çoxlu çıxışlar edilib.

XC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter