English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Səid Muğanlının evi yandırıldı

AZOH: İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının (Beytullah Məhəmmədi) evində yanğın hadisəsi baş verib. Yanğının qəsdən törədildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Səid Muğanlı isə bildirib ki, sentyabrın 20-də axşam saatlarında Germi şəhərində bir nəfər ona yaxınlaşaraq müxtəlif suallar verməyə başlayıb: «Bu şəxs mənim kim olduğumu biləndən sonra kobud ifadələr işlətdi və təhdid etdi. Bundan sonra məsələyə etinasız şəkildə oradan ayrılaraq evə getdim. Gecə saatlarında həyətyanı sahəmdən və əkinimdən tüstü qalxdığını və yanğın baş verdiyini gördüm. Xoşbəxtlikdən bütün ailə üzvlərimi, hətta mal-qaranı da yanğından xilas etmək mümkün oldu. Amma mənə xeyli maddi ziyan dəyib». Xatırladaq ki, yanğın hadisəsi Anqut şəhərinin Yelsu kəndində baş verib. Kənd şəhərdən 10 km məsafədə yerləşməsinə baxmayaraq, yanğınsöndürən maşınlar və polis əməkdaşları yanğından üç saat sonra hadisə yerinə gəliblər.

AZOH

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter