English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

WİKİLEAKS AZƏRBAYCANLA BAĞLI YENİ SƏNƏD AÇIQLADI

AZOH: İranlı mənbə ABŞ-ın Azərbaycandakı səfirliyinə Tehranın məxfi planı haqda danışıb

Bakıdakı iranlı mənbə ABŞ səfirliyinin əməkdaşına Tehranda İran xüsusi xidmət orqanlarının tələbələr tərəfindən Səudiyyə Ərəbistanı səfirliyinin binasının tutulması barədə plan hazırladığını xəbər verib. Bu barədə WikiLeaks saytı tərəfindən ələ keçirilmiş məxfi Amerika diplomatik teleqramlarından məlum olur. Sənədlərin yeni partiyası “McClatchy Newspapers” qrupuna daxil olan qəzetlər tərəfindən yayılıb. Onlardan biri ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən ötən il göndərilib.

Teleqram Bakıdakı iranlı mənbə ilə səfirlik əməkdaşının söhbətinə əsaslanır.

Mənbə iddia edir ki, İran xüsusi xidmət orqanlarının Səudiyyə səfirliyini tutmaq planlarına parlamentin spikeri Əli Laricani imkan verməyib. Laricani deyib ki, İran artıq xarici səfirliyi ələ keçirməklə bağlı bir təcrübəyə malikdir və bu kifayət edir. Çünki İran bunun altını hələ də çəkməkdədir. Laricani deyib ki, tələbələrin səfirlik binasına hücumu İranla Səudiyyə Ərəbistanı arasında münasibətləri daha da gərginləşdirəcək. Mənbə məlumatı İranın Milli Təhlükəsizlik Şurasındakı mənbədən əldə etdiyini deyib. Lakin heç bir əlavə sübutlara malik olmayıb və bu baxımdan onun informasiyasının nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək mümkün deyil.

WikiLeaks sənədlərinin yeni partiyasından bir daha məlum olur ki, ABŞ Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdəki səfirliklərində İranla bağlı gizli məlumatlar toplamaq üçün xüsusi mərkəzlər yaradıb. Bu, Dövlət Departamenti tərəfindən 2006-cı ildə İranla bağlı qəbul edilən xüsusi proqram çərçivəsindədir. Proqrama əsasən, Dubayda İran üzrə məlumatları mərkəzləşdirmək və təhlil etmək üçün xüsusi mərkəz formalaşdırılıb. ABŞ-ın Azərbaycan, Türkiyə, Türkmənistan, İraq, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdəki səfirliklərində isə cəmi 15 diplomat İranla bağlı kəşfiyyat xarakterli məlumatlar, habelə bu ölkədə baş verən siyasi proseslər barədə məlumat toplamaq üçün ayrılıb. Məlumatların mənbəyi isə iranlı alimlər, tələbələr, bu ölkəyə səfər edən xarici jurnalistlər, musiqiçilər və digərləridir. Məlumatların bir çoxu açıq mənbələrdən əldə edilib və xüsusi əhəmiyyət kəsb etmir, lakin İranın özündən elektron poçt və telefonla əldə edilən məlumatlar da var ki, onların üzərində “məxfi” qrifi qoyulub. Bunlar ABŞ-ın İranla bağlı yeganə informasiya qaynağı deyil. Bildirilir ki, Birləşmiş Ştatlar İrandakı casus şəbəkəsi vasitəsilə bu ölkədən daha mühüm məlumatlar əldə edir. Qeyd edək ki, bundan əvvəl də WikiLeaks saytı tərəfindən ABŞ-ın Bakıdakı səfirliyindən göndərilən və İranla bağlı olan bir sıra məxfi teleqramlar yayılıb.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter