English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Tehranda nümayişçilərlə polis arasında toqquşma olub

AZOH: Şahidlərin dediyinə görə, İranın paytaxtı Tehranda nümayişçilərlə polis arasında toqquşma olub.Tehranın mərkəzinə toplaşan insanlar İran valyutasının kəskin şəkildə dəyər itirməsinə etiraz edib.

Hazırda 1 dolların dəyəri 39 min rialdır. ABŞ və Avropa İttifaqının nüvə proqramına görə İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsini verməkdədir.

İran prezidenti Mahmud Əhmədinejad isə daxili siyastinə görə artmaqda olan tənqdiləri rədd edir. Dünən keçirdiyi mətbuat konfransı zamanı prezident deyib ki, hökumətin siyasətinin valyutanın dəyər itirməsi ilə heç bir əlaqəsi yoxdur. O, bunu İranın düşmənlərinin psixoloji təsiri kimi qiymələndirib.

Əhmədinejadın siyasi opponentləri valyuta böhranına görə prezidentin siyasətini günahlandırır. İranın Fars xəbər agentliyi parlament spikeri Əli Laricaniyə istinadən bildirib ki, ölkənin iqtisadi problemlərinin 80 faizi hökumətin bacarıqsızlığının nəticəsidir.

İranlıların əksəriyyəti pullarını qorumaq üçün xarici valyutalar alır.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter