English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Əli Hüseynnejad və Əli Səmədpur azadlığa buraxılıb

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Əli Hüseynnejad (Savalan) 24 ay həbs cəzası çəkdikdən və cərimə ödədikdən sonra azadlığa buraxılıb. Soydaşımız 2011-ci il fevralın 3-də «Ettelaat» əməkdaşları tərəfindən öz iş yerində tutularaq Maku zindanına aparılıb. Eyni zamanda 2009-cu il sentyabrın 26-da «Ettelaat» əməkdaşları Əli Hüseynnejadın iş yerinə gedərək onu həbs edib və «Ettelaat»ın Urmiyadakı təcridxanasına köçürüb. Milli fəal aylarla «Ettelaat»ın Urmiyadakı təcridxanasında fiziki və mənəvi işgəncələr altında saxlanılıb. Məmurlar Əli Hüseynnejadı həbs etdikdən sonra onun evində də axtarış aparıblar. Axtarış nəticəsində azərbaycanlı fəala məxsus bir çox şəxsi əşya, o cümlədən CD-lər və kompüter müsadirə olunub. Əli Hüseynnejad bundan öncə də milli zəmindəki mədəni fəaliyyətlərinə görə dəfələrlə təyizlərə məruz qalıb, həbs olunub və cərimə ödəyib.

Bundan əlavə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Əli Səmədpur Sarab şəhərinin zindanından mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. İyulun 2-də öz şəxsi evində «Ettelaat» əməkdaşları tərəfindən həbs olunan soydaşımız sentyabrın 25-də 60 milyon tümən mülk girovu qarşılığında Sarab zindanından sərbəst buraxılıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter