English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Milli fəal Fərdin Muradpurun səhhəti ağırlaşıb

AZOH: İranda həbsdə saxlanan gənc milli fəal Fərdin Muradpurun səhhəti ağırlaşıb. Gözündə və ürəyində ciddi problemlər yaranan milli fəala müalicə almağa və dərman qəbul etməyə, eləcə də ailəsilə əalqə saxlamağa icazə verilmir. Görmə qabiliyyətini itirmək təhlükəsilə üzləşmiş Fərdin Muradpurun azadlığa buraxılması üçün elektron imzatoplama kampaniyası başladılıb. Soydaşımıza dəstək olmaq istəyən hər kəs bu linkə daxil olmaqla Fərdin Muradpur üçün imza ata bilərlər:

http://www.gopetition.com/petitions/fardin-muradpour/sign.html

Xatırladaq ki, Fərdin Muradpur 1990-cı ildə Təbrizdə doğulub. 12-13 yaşlarından Güney Azərbaycan Milli Hərəkatına qoşulub. İlk dəfə 14 yaşında həbs olunan Fərdin Muradpur davamlı olaraq təqiblərə məruz qalıb. Dəfələrlə həbs edilən milli faəl 2006-cı il may hadisələrində polisin açdığı iki gülləyə tuş gəlib. Ağır yaralanan soydaşımız 13 gün xəstəxanada müalicə alıb. Tam sağalmamış «Ettelaat» əməkdaşları tərəfindən gecə saatlarında təcridxanaya aparılıb. Orada 26 gün təkadamlıq kamerada saxlanılan Fərdin Muradpur işgəncəylə keçən 65 gün sonra Təbriz zindanına köçürülüb. 2009-cu ildə zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılıb. Məhkəmə qərarıyla 6 il həbs cəzası alan milli fəal ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətdə, hakimiyyətə qarşı çıxmaqda günahlandırılıb. 22 ay Təbriz həbsxanasında narkomanlarla və cinayətkarlarla bir bölümdə saxlanıb. Saxlanma şəraitsizliyindən və gördüyü işgəncələrdən Fərdin Muradpurun səhhəti ağırlaşıb və görmə qabiliyyəti zəifləyib. Hazırda gözlərindən əziyyət çəkən milli fəalın müalicəsinə və dərman qəbul etməsinə icazə verilmir. Görmə qabiliyyətini itirmək təhlükəsilə üz-üzə qalan Fərdin Muradpurun hazırda ürəyində də ciddi problem yaranıb. Ona ailəsilə əlaqə saxlamağa da icazə verilmir. Fərdin Muradpurun tək özü deyil, ailəsi də təqiblərə məruz qalır. Valideynləri də 37 gün «Ettelaat»da saxlanıb. Qardaşı Mürtəza da Fərdin Muradpurla eyni ildə həbs edilib və ağır işgəncələrə məruz qalıb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter