English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Bəşər Əsəd devriləcəkmi

AZOH: Suriya prezidenti Bəşər Əl-Əsəd (Bashar al-Assad) 11 illik hakimiyyəti dövründə ciddi dəyişikliklə üzləşib. O,  bir aydan çoxdur başlayan etiraz aksiyalarını repressiyalarla, iqtisadi islahatlar vədi ilə boğmağa çalışır.

Hüquq müdafiəçilərinin 200 nəfərin öldüyünü iddia etdiyi iğtişaşın hələ azalacağı görünmür.

Əsəd və onun atası Suriyanı 1963-cü ildən bəri fövqəladə vəziyyət altında idarə ediblər.

Suriyalıların azadlıq tələbi Əsədi sığışdırmaqdan uzaq olsa da, ərəb lideri Tunisdə və Misirdə diktatorların sürətlə yıxıldığı regionda özünü təhlükəsiz hiss edə bilməz.

Çoxlu problemləri olan Yaxın Şərq ölkəsindən birinə rəhbərlik edən Bəşər Əsəd qabaqcadan bəlli xarici siyasət aparıb. Suriyada istənilən siyasi dəyişiklik əlaqələrin daimi olmadığı regionda dost və düşmən müttəfiqlərə təsirsiz ötüşməyəcək.

Suriyada baş verə biləcək bəzi ssenarini və riskləri belə təxmin etmək olar:

ƏSƏD İSLAHATLARA BAŞLAMAQLA HAKİMİYYƏTİNİ SAXLAYIR

Ağlabatan budur ki, Suriya prezidenti ciddi nəticələrə bais olan islahatlara qərar verir. Ötən həftə o söz verdi ki, fövqəladə vəziyyət haqqında qərarı dəyişdirəcək və yeni kabinet təşkil edəcək.

Amma etirazçılar 45 yaşlı liderdən real addımlar istəyəcək. Əvvəlcədən o, siyasi islahatlara müqavimət göstərmişdi. İqtisadiyyatı müasirləşdirmək üçün göstərdiyi səylər səmərə verməmişdi.

Repressiya aparatını dağıtmaq, korrupsiyanı aradan qaldıran qanunun aliliyinin təmin edilməsi, cəmiyyətdə yeni siyasi partiyaların iştirakına təminat yaratmaq – Bəşər Əsədin problemi budur. Belə ciddi riskə getmək ona regionda dəstək olardı, amma Bəşər Əsəd bu islahatları ilə həm də ətrafını dağıda bilər.

ETİRAZ HƏRƏKATI BOĞULUR

30 il əvvəl böyük Əsəd İslamçı qüvvələri rəhmsizcəsinə dağıdır, beynəlxalq ictimaiyyətdən gizlədilən Hama şəhərindəki gizli əməliyyatlarda minlərlə adamı öldürür.

Zorakılığı bu səviyyədə bu gün təkrarlamaq çox çətindir. Etirazçıların zorakılığı mobil telefonlarla, video kameralarla çəkib «YouTube»-də  yaymaq imkanları var.

ƏSƏD GEDİR VƏ YA DEVRİLİR

Bir neçə həftə əvvəl ən az ağla gələn bu idi ki, rejimin dəyişməsinə az qalıb. Amma etirazların qan tökülməsinə baxmayaraq davam eləməsi Bəşər Əsədin «əvəzedilməzliyini» şübhə altına alıb.

Növbədə nə gələ bilər - hakimiyyətin sülhpərvər davranışı, hərbi çevriliş, uzunmüddətli stabilsizlik və ya vətəndaş müharibəsi –bu, hər kəsin təxminidir.

Əhalisinin əksəriyyətinin dini yönümü sünni olduğu Suriyada Batist qaydaları dominatlıq təşkil edir.

Müxtəlif etnik və dini qrupların yaşadığı Suriyada Əsəd əleyhinə etirazların milli birlik olduğu vurğulanır və rejimin dəyişilməsinə çağırılır. Amma Batist qaydaları dağılarsa, Suriya naməlum və uzun çəkən gərginliklərlə üzləşə bilər.

REGİONAL TƏSİRLƏR

İstənilən ssenari altında Suriya yəqin ki, uzun müddət daxili problemlərin qayğısına qalmalı olacaq və beynəlxalq aləmdə təşəbbüslər göstərə bilməyəcək.

İstənilən rejim dəyişikliyinin təsiri Ərəb dünyasında və İranda əks oluna bilər. Suriyanın İsraillə formal müharibə vəziyyətindədir, onun Livan, Türkiyə, İraq və İordaniya ilə sərhədləri var.

Əgər Bəşər Əsəd yıxılsa, münasibətlərin soyuq olmasına baxmayaraq, İsrail təəssüflənə bilər. Əlləri Əfqanıstana, İraqa və Liviyaya çatan ABŞ bildirir ki, Suriya hökumətini dağıtmaq üçün iş aparmır. Amma «Washington Post» amerikalı diplomatların teleqramlarına istinadən yazır ki, Suriyadan sürgün edilən və digər dissidentlər 2006-cı ildən bəri ABŞ fondlarından 6 milyon dollar alıb.

Digər tərəfdən, Vaşinqton İran və Hizbullahın dəstəklədiyi 30 illik hakimiyyətdənsə yeni süni liderliyin təmsil olunduğu hakimiyyətin üstünlüyünü görə bilər. Bu yeni hakimiyyətin Səudiyyə Ərəbistanı və digər sünni ərəb ölkələri ilə ittifaqı yarana bilər.

Amma Suriyada etnik və təriqət münaqişələri baş versə, bu, başqa yerlərdə sünnilər, şiələr, ərəblər, kürdlər, xristianlar və müsəlmanlar arasında gərginliklərə səbəb ola bilər.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter