English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

London və Parisdə Eynulla Fətullayevə dəstək aksiyaları keçirilib

AZOH: Beynəlxalq təşkilatlar Londonda və Parisdə Azərbaycan səfirliklərinin qarşısında etiraz edib. Azərbaycanda da jurnalistlər Eynulla Fətullayevə dəstək məqsədi ilə bir günlük aclıq aksiyası keçirib.

Bu gün Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu jurnalist Eynulla Fətullayevin həbsinin 4 ilinin tamam olması ilə bağlı Azərbaycanın Londonda və Parisdəki səfirlikləri qarşısında etiraz aksiyası keçirib. Aksiyalar “Eynulla Fətullayevə azadlıq!”, “Azərbaycan mətbuatına azadlıq!” şüarları ilə keçirilib.

«Article 19»  təşkilatının nümayəndəsi və  həmin təşkilatın Azərbaycan üzrə Beynəlxalq  Tərəfdaşlıq adı ilə fəaliyyət göstərən iyirmiyə qədər qrupun iştirakı ilə təşkil tapmış qurumdakı nümayəndəsi Rebeka Vinsent Amerikanın səsinə müsahibəsində  Eynulla Fətullayevin tutulmasının dördüncü ildönümü münasibəti ilə onun hələ də həbsdə saxlanmasına etirazlarını bildirdiklərini deyib.

Xanım Vinsent qrupun Londondakı Azərbaycan səfirliyinə Fətullayevin məsələsi ilə əlaqədar məktub təqdim etdiyini və səfirlikdən onlada məktuba cavab veriləcəyinin bildirildiyini deyib.

Xanım Vinsent aksiyada iştirak edən əlliyə qədər adamın Fəlullayevin şəklinin olduğu maskaslar geydiklərini elavə edib. O Fətullayevin işinin istisna bir vəziyyət hesab edilmədiyini qeyd edərək, həmin jurnalistin həbsindən sonra çoxlu jurnalistin təzyiqlərə məruz qaldığını, bəzilərinin saxlandıqlarını onlara həbs cəzası verildiyini və dinc nümayiş keçirmək insanların da saxlandıqlarını xatırladıb.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupuna «Sərhədsiz Reportyorlar», «Article 19», «Jurnalistlər evi» və «Amnesty International», “Human Rights Watch” və digər 20 beynəlxalq təşkilat daxildir.

Aksiya iştirakçıları Azərbaycan hökumətindən jurnalistlərə qarşı təzyiqləri dayandırılmasını, jurnalistlərə qarşı fiziki təzyiqlərin araşdırılmasını, günahkarların cəzalandırılmasını, Elmar Hüseynovun qətlinin açılmasını, qatillərin və sifarişçilərin tapılmasını, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərarının yerinə yetirilməsini tələb edən bəyanatlar imzalayıb.

Bu gün  Azərbaycanda da jurnalistlər Eynulla Fətullayevə dəstək məqsədi ilə bir günlük aclıq aksiyası keçirib.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter