English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Uluslar arası Güney Azərbaycan türkləri Konseyi"nin Bakı Forumu keçirildi

AZOH: Bildiyiniz kimi Oktyabrın(Ekim) 19-da “Ambassador Hotel”də Uluslararası Güney Azərbaycan Konseyi (UGATK) “Güney Azərbaycan gərçəkləri və UGATK-ın hədəfləri” başlığı adı altında bir Forum geçirimişdir.

Bugünki Orta doğu siyasi durumunu və İran şovunist rejiminin, özəlliklə son zamanlarda Milli hərəkətə basqıların artdığı bir dönəmdə olduqca önəmli və yerində bir Forum olduğu kəsindir. Belə bir Forumun Quzey Azərbaycanın başkəndi Bakıda geçirilmesi və Forumun genişliyini, möhtəşəmliyini nəzərə alırsaq demək olarki bu günə qədər Güney Azərbaycanla ilgili ən böyük yığıncaq(Forum) olduğu aydındı və o Foruma qatılan dəyərli Milli və Siyasi şəxsiyətlərimiz,Millət vəkilləri və tanınmış ziyalılarımız və eləcədə bir çox tanınmış Güneyli Milli fəallarımızın çeşidli ölkələrdən bu Foruma qatılıb dəstək olması, bu Forumun dəyərinin önəmli bir göstərgəsi olduğunu düşünürəm.

Bu Forumda Güney Azərbaycanda baş verən Siyasi və eləcədə Ekoloji olaylar ələ alınaraq dəyərləndirlmişdir.

Forumda Azərbaycan himni oxunduqdan sora Güney Azərbaycala ilgili gündəm olaylar haqda hazırlanan Video slayt iştirakçılara nümayiş etdrilimiş və Forumun açılışını elan edən sayın Mərdan Seyidbəyli sonra Dəyərli alimimiz və siyasətçimiz Firudin Cəlilov Forum haqda iştirakçılara məruzələr etmişdir.

Güney Azərbaycan Milli hərəkatinin hər zaman yanında olan ziyalılarımız və Milli fəallarımız Urmu gölü haqda ,Güneydə Qaradağ bölgəsində baş verən deprəm və eləcədə siyasi məhbuslarımız haqda son bilgilər və dəyərləndirmələrini paylaşmışlar.

Və sonrada qeyd etdiyim gündəm qonular haqdada sayın Millət vəkili Fərəc Quliyev, sayın Eldar Namazov və istiqlalçı millət vəkili və Musavat partiyasının başqanı sayın İsa Qənbər, sayın Arif Rəhimoğlu, dəyərlı Güneyli Milli fəalımız xanım Əfsanə Sulduzlu,Tanınmış Güneyli Milli fəalımız sayın Duman Savalan, GADP başqanı sayın Mahmud Bilgin ,Avrupa hərkatı başqanı sayın Ramin Hacılı, sayın Mir Mahmud Fəttayev, sayın Ruslan İzətli, AZOH sözcüsü sayın Əmir Mərdani, İranda keçmiş səfir sayın Əliyar Səfərli, keçmiş Millət vəkili sayın Baba Təgiyev, Güneyli fealımız sayın Əlirza Əmanbəyli,sayın Aydın Mədətoğlu və çox dəyərli digər iştirakçılarımızında dəyərli bilgilər və fikirlərini paylaşmışlar. Və eləcədə məndə internet aracılığı ilə qoşulub fikirlərimi paylaşmış oldum.

Toplantı sonundada Güney Azərbaycan Marşı dinlədikdən sonra Forumun bəyanatı oxundu ki bunuda sizlərlə paylaşacayam. Eyni zamanda salonda zəlzələ qurbanları və siyasi məhbuslarımıza aid şəkilləridə sərgilənmış .

Və buradan təkrar Forumumuza qatılan deyerli insanlarımıza həm öz adıma həmdə Güneyli fəallar adına təşəkkür və saygılarımı bildirirəm.

Və ilginçdir ki o gün Bakıda möhtəşəm Forum geçirilirkən, Güney üçün 200 dən çox dəyərli ziyalılarımız, Milli fəallarımız toplaşaraq içəridəki 40 milyon insanımızın zülümə, əsarətə məruz qalmış Güneyli soydaşlarına yardım etməyə çalışırkən, bu addım birilərini nədənsə çox narahat etmiş və Forumun baş tutmaması üçün özlərini sağa sola vuraraq və bir sıra saf və sadə insanımızıda yanlarına çəkərək, dəyərsiz yazılar, bəyaniyələr yazaraq millətimiz üçün atılan addımlara gölgə düşürməyə çalışdılar ki bu həm Güneylilərə və həmdə o Forumda toplanan dəyərli insanlarımıza böyük saygısızlıq və ihanətdir.

Və eyni gün Cəmal Məhməthanoğlun yayınladığı sözdə bəyaniyesi qeyri huquqi və qeyri axlaqi olaraq dəyərləndirilməkdədir.Cəmal bəyin 3 ay öncə sözçülüyü İdarə Heyəti səs çoxunluğu qararı ilə alınmışdır və bu günə qədərdə ona qarşı ifadə edilən disiplin pozquluqları, öz başına addım atması, gizli görüşlər geçirməsi və s.., heç birinə yetərli cəvab verməmişdir, və eləcədə geçən bu 2 ay içində iki səfərdə konseydən öz rızası ilə istefa etmiş olmasına baxmayaraq bu çirkin hərəkətlərinə son vərməmişdir.

Saxta İH uluşturaraq(Konsey və İH üyəsi olmayan şəxsləri üyə kimi göstərərək) təmamən yalan və geçərsiz qararlar və ifadələr iləri sürərək Forum və konseyin amaclarına və atdığı addımlara gölg düşürməyə çalışmış və konseydə, parçalanma,dağılma vardır diyə saxta görüntü yaratmaq niyətindədir. Bu ifadələr, alınan bu qararlar təmamən yalan və huquqəndə geçərsizdir və ona görədə konseyidə, bizidə əlaqədar etməz və şiddətlə qınayırıq.

Ama atılan bunca çirkin addımlara baxmayaraq Bakı Forumun geçirilmesi həm onlara həmdə “Əfəndilərinə“ yumuruq kimi bir cəvab oldu.və necəki bundan öncə Güney Azərbaycan üzərindən kirli oyunlar qurmaya çalışaraq, Türk millətinin tarixi boyu əzəli düşmanları ile gizli görüşlər,bazarliqlar, aliş verişlər və s…əl atsalarda başarılı olabilmədilər və bundan sorada olabilməyəcklər.

Artıq Milletimiz uyanmış, tarix boyu yabancıların bizə etdiklərini unutmadılar və bir daha bunun yaşanmasına izin verməyəcəklər.

Və bu olaylar Konseyin varlığı və önəmi, Güneyin sesi olaraq təkrar isbatlanmış oldu, ona görədə bizdə bundan sora əskidən daha güçlü və doğru addımlarla iləriyə doğru adımlayacayıq.

Hadi MUSEVİ

BƏYANATI

Bakı şəhəri 19 oktyabr 2012-ci il

Son 200 ildə Azərbaycan xalqının yaşadığı ərazilər Dağıs¬tan, Borçalı, Ermənistan, Quzey və Güney Azərbaycan adları ilə ayrı-ayrı bölgələrə ayrılmış və müxtəlif dövlətlərin tabeliyinə salınmış və zaman-zaman etnik təmizləmə olayına uğramışdır. 1991-də Quzey Azərbaycanda müstəqil dövlət qurulsa da, 35 milyon soydaşımızın yaşadığı Güney Azərbaycan hələ də İran adlanan və şovinist fars rejimi ilə yönətilən bir ölkənin tərkibində qalmaqdadır. Son bir əsrdə Güney Azərbaycan dəfələrlə azadlıq mücadiləsinə qalxsa da, fars rasizmi tərəfindən qanlı təcavüzə uğramış, ana dilində təhsil almaq hüququ belə əllərindən alınmışdır.

«Güney Azərbaycan gerçəkləri və UGATK-ın hədəfləri» mövzusunda keçirilən Forum Dünya azərbaycanlıları ilə yanaşı, dünya içtimaiyətinə, beynəlxalq qurumlara müraciət edərək bildirir:

1. Bəşəriyət artıq XXI əsrdə yaşayır, 35 milyon Güney Azərbaycan türklərinin adicə ana dilində məktəb açma hüququ yoxdur.

2. Dünya mədəniyətinə böyük töhfələr vermiş bu xalq milli kulturundan məhrum olunmuşdur.

3. Tarixboyu böyük dövlətlər qurmuş bu xalqın bugün müstəqil dövlət qurmaq imkanlarına fars rejimi imkan vermir.

4. Güney Azərbaycanın milli sərvətləri ilə bəra¬bər, onun yeraltı və yerüstü sərvətləri də fars bölgələrinə daşınır.

5. Güney Azərbaycanda demoqrafik azaltma siyasəti ilə ağır ekoloji fəlakətə yol açmaq üçün Urmu gölü qurudulur.

6. Bir ay öncə Güney Azərbaycanda baş verən zəlzələdən zərər çəkən on minlərlə insan hələ də evsiz-eşiksiz qalmışdır.

7. Güney Azərbaycandakı tarixi yer adları farslaşdırılır

8. Güney Azərbaycanda milli fəallara kütləvi şəkildə işkəncələr verilir, zindana salınır. Adicə insan haqları tapdanır.

UGATK Dünya ictimaiyətini, beynəlxalq qurumları, Dünya dövlətlərini Güney Azərbaycanın azadlıq istəyinə biganə qalmamağa çağırır.

http://www.turansam.org/makale.php?id=5294

http://dia.az/11269-konseydn-bak-forumu-kegdrdldb.html

http://www.newsmeeting.com/az/n/4763214-ugak-in-baki-forumu-kecirilib.aspx?fb_action_ids=108414312652319&fb_action_types=og.likes&fb_source=aggregation&fb_aggregation_id=288381481237582

http://sada.az/286-ugak-in-baki-forumu-kecirilib-foto.html

http://davam.az/index.php?newsid=6777

http://sosialxeber.org/index.php?option=com_content&view=article&id=5197%3Augak-moehtm-tdbir-kecirdi&catid=75%3Aguney#.UIGVpWINxHM.facebook

http://milliyyet.az/index.php?do=read_news&id=1080

http://www.publika.az/index.php?action=static_detail&static_id=23206

http://ucnoqta.az/sosial/58227.html

http://sia.az/az/news/social/317633

http://ann.az/az/guney-az%C9%99rbaycan-konseyinin-baki-forumu-oldu/

http://www.kafkassam-merkez.com/index.php?act=content&id=7343&id_cat=9

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter