English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Güney Azeərbaycan heyəti Avrupa Şurası elçisi ilə görüşdülər+ şəkillər

Azoh: 15 Aban_1391( Kasım _2012), Avrupa Şurasından bir elçi, Güney Azərbaycan heyəti tərəfindən düzənlənən toplantıya qatılaraq, bütün var gücü ilə Güney Azərbaycan millətinin istəklərini Uluslararası örgütlər və qurumlarana duyuracağını bəyan etmiş.

Azoh’ un verdiyi bilgilərə görə Sayın İlya Subbotin, Avrupa Şurası ilə Avrupa Birliyi Kordinasyon Komisyonu başqan yardımcısı, İran rejiminin Irqçı siyasətinə qarşı mekanizmalar və basqı yolları haqda fikirlər bəyan edərək qeyd edib ki Güney Azərbaycan məsələsini və toplantıda danışılan qonuları Avrupa Şurasının başqanına ilətəcəyinidə vurqulamış. Eləcədə Sayın İlya Subbotin Bu sorunların həll olması və huquqi aşamaya daşınması üçün toplantı haqda düzənlənən rapor və Güneyli Milli fəalların tərəfindən hazırlanan bröşür(Bilgi notları)’ ını bu Komsyona verəcəyinidə bəyan etmiş.

Bu 1 saatlıq görüşdə müzakirə edilən önəmli qonu başlıqlarından bir neçəsi bunlardan ibarətdir :

1_Tarixi Azərbaycan ərazisinin iki yerə parçalanması ve 35 milyondan çox Azərbaycan Türkünün İranda var olması.

2_Coğrafi durumu və ərazinin böyüklüyü. bu bölümdə Sayın İlya Subbotinİranda çeşidli millətlərin var olması və bu millətlərin bütün haqlarının əldə edilməsinin gərəkdiyini qeyd etdikdən sonra, Güney Azərbaycanında Öz müqəddəratını,Gələcəyini seçme huququ, bu millətin ən doğal haqqı olaraq gördüyünüdə bildirmiş və bu haqqı əldə etmək üçün İran rejminə basqı üçün bütün mekanizmaların uyqulanması gərəkdiyinidə qeyd etmiş.

3_Güney Azərbaycanda İnsan haqlarının tapdalanması və bu haqda hazırlanmış son 4 ilə aid raporu sunulmuş. Sayın İlya Subbotin bu raporu gözdən geçirdikdən sora ,bu raporu “Modern soyqırım” olaraq adlandırmış.

4_Urmu Gölünün qurudulması siyasəti. Sayın İlya Subbotin bu olayın nədəni və rejimin bu bölgədəki insanların məcburi göçə məruz qalmasının səbəbləri haqda bir çox sorular sorduqdan sora, bu gölün qurudulması yalnız Azərbaycanı ilgiləndirən bir qonu olmadığını, yer yüzündə yaşayan bütün sakinləridə təhdid etməkdədir və belə bir önəmli məsələnin dünya medyasında yer almadığından duyduğu üzüntüyü dilə gətirərək bu qounu haqda Avrupa Birliyindən bir neçe komisyonlada acil görüşlər geçirəcəklərinidə bildirmiş, ki bu görüşlərdə Güney Azərbaycandanda bir heyət iştirak edəcək.

5_İran rejiminn Əhər və Vərzıgan bölgəsində baş verən zəlzələ haqda sərgilədiyi insanlıq dışı siyasəti. Sayın İlya Subbotin bu haqda verilen bilgiləri ( Rejimin zəlzələ zədələrə yardımdan imtina etmək, o bölgəyə yardıma gedən Milli fəalların tutuqlanması və s… ) dinlədikdən sora, rejimin bu siyasətini “Devlət Terorizmi” olaraq dəyərləndikdən sonra, bu haqda daha bir geniş raporun hazırlanması və Komsyona verilməsini tələb etmiş və təkid edərək bu raporu Avrupa Şurasının İnsan Haqları komisyonuna acil araştırılması üçün göndərəcəyinidə bildrimiş.

Bu yaxın günlər ərzində Sayın Mahmud BİLGİN(GADP Sözcüsü), Sayın Əmir MƏRDANİ(AZOH Sözcüsü) ,Sayın Ayda xanım BİLGİN(Güney Azərbaycan Qadın Milli fəalı) və Sayın Polad KƏRİMLİ(GADP Gənclər qolu sorumlusu), Avrupa Birliyinin digər elçiləri ilədə görüşlər geçiriləcəyi pılanlamışdı.

Altda bu görüşlə ilgili və eləcədə Avrupa Şurası başqan yardımcısına sunulan raporda yer almaqdadı. Bu rapor Sayın İlya Subbotin’e təqdim edildikdən sora, özləri tərəfindən Şuranın İcrayi bölümünə göndərilmişdi. Raporla birliktə PDF faillər kopyalanaraq Avrupa Şurasının komisyonlarına göndəriləcəkdir.

Bu görüşmələr haqda ardıcıl olaraq bilgilər paylaşılacaq.

AZOH

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter